Məsələ ilə bağlı kənd təsərrüfatı naziri Heydər əsədov Modern.az saytına eksklüziv açıqlama verib.
O bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanmış mexanizm əsasında Vergi Məcəlləsinə dəyişikliklər edilib:
“O dəyişikliklərə əsasən, istifadə olunmayan torpaqlara görə vergi ödəniləcək. Hətta onun şkalası da müəyyən olunub. indi isə hansı torpaqların istifadə olunmamasının meyarları müəyyən ediləcək.
Qərar layihəsini hazırlamışıq, 1 həftə ərzində Nazirlər Kabinetinə təqdim olunacaq. Layihədə hansı torpaqların təyinatı üzrə istifadə edilməyən torpaqlar hesab olunması öz əksini tapıb. Kriteriyalar müəyyən olunduqdan sonra təyinatı üzrə istifadə olunmayan torpaqlardan ona uyğun vergi alınacaq”.
Heydər əsədov istifadə edilməyən torpaqların sahibləri arasında məmurların da adlarının olduğu barədə Prezident ilham əliyevin iradlarını belə şərh edib:
“Ola bilsin ki, həmin torpaqları başqa orqanlar verib. O torpaqlar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilməyib. Biz sadəcə istifadə olunmayan torpaqların mövcudluğu haqqında arayış vermişdik. Ona uyğun olaraq da dəyişikliklər oldu”.
Nazir qeyd edib ki, hazırda monitorinqlərin nəticələri ümumiləşdirilir:
“Monitorinqlər əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən, həmçinin bizim tərəfimizdən aparılıb. Bundan başqa hər bir rayonda yeni yaranan kənd təsərrüfatı sahələri həmin rəqəmləri hər bir rayon üzrə yoxlayıb təsdiq edəcək. Bundan sonra yekun rəqəm söyləmək mümkün olacaq”.