"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Ağacəkmə aksiyasında qəsəbə bələdiyyələri də yaxından iştirak edib

--2017-04-15 / 09:39

 Belediyye.infoya daxil olan məlumata görə, Suraxanı RiH-iN təşkilatçılığı ilə rayon icra hakimiyyətinin təşkilatçılığı ilə növbəti kütləvi ağacəkmə aksiyası aprelin 15-də rayonun əmircan – Qaraçuxur yolunun ətrafında keçirilib.

Ağacəkmə aksiyasında rayon icra Hakimiyyətinin başçısı ilqar Abbasov, RiHB aparatının əməkdaşları, RiHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, qəsəbə bələdiyyələri, sənaye müəssisələrinin, Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri və sakinlər iştirak etmişdir.

Bu aksiyaların keçirilməsində məqsəd yaşıllıq zolaqlarını genişləndirmək, rayonun ekoloji tarazlığını bərpa etmək, insanlar arasında təbiətə qayğı hissini təbliğ etməkdir. 300 nəfərin iştirak etdiyi iməcilikdə yolun kənarlarında müvafiq təmizləmə işləri aparılmış, abadlıq işləri görülmüş, mövcud olan yaşıllığa qulluq edilmiş və ərazisə 650-dən artıq ağac əkilmişdir.

Məlumatda qeye edilir ki, davamlı şəkildə həyata keçirilən ağacəkmə aksiyaları nəticəsində rayonun ərazisi abadlaşır, yaşıllıqlarla zənginləşir, ekoloji mühit sağlamlaşır, torpaq qatı münbitləşir.

Xatırladaq ki, mövsümün sonuna qədər rayonda ağacəkmə aksiyalarının davamlı keçirilməsi nəzərdə tutulub.

Belediyye.info

ŞƏRHLƏR