"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Ağcabədidə Seyid Mürsəl Ağa məscidinin tikintisi davam edir

--2017-08-14 / 18:00

Ağcabədi rayonunda dövlət-din münasibətlərinin tənzimlənməsi “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun icra olunur.  Bu barədə məlumatı Ağcabədi RiH yayıb.

Məlumatda qeyd edilir ki,  Seyid Mürsəl Ağa məscidi Ağcabədi rayonundakı ibadət məkanlarından biridir. Bu məscidin əsası 1999-cu ildə rayon sakini Quliyeva Kəklik Məhəmməd qızı tərəfindən qoyulmuş, lakin tikintisi başa çatmamışdır.

Bu  gün  tikintisi  bu gün  rayonun  daxili imkanları hesabına  davam etdirilir.

Belediyye.info

ŞƏRHLƏR