Ağdam Rayon icra Hakmiyyətinin yaydığı məlumata görə, cari ilin doqquz ayı ərzində rayonun qəsəbə və kəndlərinin sosial-iqtisadi inkişafında, abadlıq-quruculuq işlərində və yerli əhəmiyyətli məsələlərin həlli istiqamətində rayonda formalaşdırılan 14 bələdiyyə tərəfindən müəyyən işlər görülüb.
Məlumatda bildirilir ki, Sarıcalı bələdiyyəsi 7,5 km, Alıbəyli bələdiyyəsi 7,5 km, Qaradağlı bələdiyyəsi 7,2 km, əhmədağalı bələdiyyəsi 7,5 km, Zəngişalı bələdiyyəsi 21 km yolun çınqılla döşənməsi təmin olunub, əhmədağalıda 145 evə su xətti, Qərvənd kəndində 560 metr istinad divarı çəkilib, habelə ərazidə olan qəbirstanlıqlarda təmizlik işləri həyata keçirilib. Həyata keçirilən layihələrin bir qismi Qeyri-Hökumət təşkilatlarının dəstəyi ilə yerinə yetirilib.
Bununla yanaşı məlumatda o da bildirilir ki, Azərbaycan Hökuməti ilə Dünya Bankının təşkilatçılığı ilə Məcburi Köçkünlərin Sosial inkişaf Fondunun maliyyə dəstəyi ilə “Sosial iqtisadi inkişafa Dəstək” ictimai Birliyi yerli bələdiyyələrin yaxından iştirakıyla cari ilin 9 ayında Birinci Baharlı qəsəbəsində 9 km, Mahrızlı kəndində 12 km kəndarası yollar təmir etmiş, 111 saylı məktəbdə əsaslı təmir işləri aparmış, məktəbi 3 vaqon tipli sinif otaqları və avadanlıqlarla təmin edib.
Belediyye.info