Ağdam, 24 fevral, Tahir Ağaməmmədov, AZəRTAC
Ağdam rayonu Quzanlı qəsəbəsində 2015-ci ilin yekunları və cari ildə qarşıda duran vəzifələrə həsr olunan yığıncaq keçirilib.
AZəRTAC xəbər verir ki, yığıncaqdan əvvəl ulu öndər Heydər əliyevin qəsəbədəki abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad edilib. Sonra yığıncaq iştirakçıları rayonun sosial-iqtisadi inkişafından bəhs edən stendlərlə tanış olublar.
Ağdam Dövlət Dram Teatrında keçirilən yığıncaqda rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov çıxışında ötən il rayonda görülən işlərdən bəhs edib. Bildirib ki, hesabat ilində Quzanlı qəsəbəsində avtovağzal, mini futbol meydançası, Çay evi, yanacaqdoldurma məntəqəsi, Təzəkənd qəsəbəsində poçt şöbəsinin binası, Evoğlu kəndində 100 yerlik uşaq bağçası, Çəmənli kəndində kitabxana, əfətli və əhmədağalı kəndlərində Böyük Vətən müharibəsi iştirakçılarnın və Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə abidə kompleksləri tikilib istifadəyə verilib. Çəmənli kənd uşaq bağçasının, Üçoğlan kənd xəstəxanasının təmiri başa çatdırılıb, Heydər əliyev prospektində xiyaban salınıb. Rayonda sənaye məhəlləsinin yaradılması üçün torpaq sahəsi ayrılıb.
Hazırda Quzanlı qəsəbəsində Heydər əliyev Mərkəzinin, kənd təsərrüfatı idarəsinin, 360 şagird yerlik məktəbin, mərkəzi aptekin, Xındırıstan uşaq musiqi məktəbinin tikintisi, Heydər əliyev parkının və veteranlar evinin yenidən qurulması davam etdirilir.
Məlumat verilib ki, 2015-ci ildə rayon üzrə ümumi məhsul istehsalının həcmi 125,5 milyon manat olub. Bu dövrdə 7,8 milyon manatlıq sənaye, 91 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib.
Yığıncaqda əhalinin təbii qaz, elektrik enerjisi, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən, təhsil, mədəniyyət, səhiyyə və aqrar sahədə əldə olunan uğurlardan da ətraflı bəhs edilib, prioritet hesab olunan sahələrin, o cümlədən pambıqçılığın, heyvandarlığın inkişaf etdirilməsi, kiçik və orta istehsal müəssisələrinin yaradılması ilə bağlı təkliflər irəli sürülüb.
Prezident Administrasiyasının məsul işçisi əflatun Rufiyev və Milli Məclisin deputatı Bəxtiyar əliyev çıxış edərək, 2015-ci ildə respublikamızda sosial-iqtisadi sahədə görülən işlər barədə danışıb, qarşıda duran vəzifələrdən bəhs ediblər.
Sonda yığıncaq iştirakçıları adından Prezident ilham əliyevə müraciət qəbul olunub.