Belediyye.info Azərbaycan Prezidenti ilham əliyevin müvafiq sərəncamıyla Ağdam RiH başçısı vəzifəsinə təyinat alan Vaqif Həsənovun tərcümeyi-halını əldə edib.
Vaqif Həsənov 18 fevral 1959-cu ildə Ağdam rayonu əliağalı kəndində anadan olub. 1967-1977-cı illərdə əliağalı kənd orta məktəbini bitirib.
1977-1979-cu illərdə hərbi xidmətdə olub.
1986-cı ildə Bakı Dövlət Universitetinin tarix fakultəsini, 1991-ci ildə Bakı Sosil-idarəetmə və Politologiya institutunun sosial-siyasi münasibətlərin nəzəriyyəsi fakultəsini, 2003-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasının neft-qaz yataqlarının işlənməsi və istismarı fakultəsinin bakalavr pilləsini, 2006-cı ildə eyni ixtisas üzrə magistr dərəcəsinə yiyələnib.
əmək fəaliyyətinə Bərdə rayonu Tikinti idarəsində fəhlə kimi başlayıb.
1980-1987-ci ilərdə 26 Bakı komissarları adına NQÇi-də elektrik-çilingər, 1991-1995-ci illərdə Qaradağ rayonu əmirov adına NQÇi-də şöbə rəisi, 1995-1996-cı illərdə Tağıyev adına NQÇi-də idarə rəisi, mənzil kommunal idarəsində rəis müavini, 1996-2001-ci illərdə rəis, 2001-2006-cı illərdə NQÇi-də kadrlar şöbəsinin rəisi, 2005 -2006-cı illərdə NQÇi-də rəsi müavini vəzifəsində çalışıb.
əlavə edək ki, 2004-cü ildə ikinci bələdiyyə seçikərinə qatılaraq Sabail rayonu Badamdar bələdiyyəsinə üzv, 2005-ci ilin yanvar ayında isə bələdiyyədə komissiya sədri seçilib.
2006 -2011-ci illərdə Qaradağ RiH başçısının müavini, 2011-ci ildən Xəzər RiH başçısının müavini, 2013 –cü ildən isə başçının birinci müavini vəzifəsində çalışb.
Azərbaycan Prezidenti ilham əliyevin 28 avqust tarixli sərəncamıyla Ağdam RiH başçısı təyin edilib.
1996-cı ildən YAP üzvüdür.
Ailəlidir, iki övlad atasıdır.
Belediyye.info