"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Ağdamda dini maarifləndirmə tədbiri keçirilib

--2017-08-08 / 12:37
Ağdam rayonu Xındırıstan kənd məscidi dini icması tərəfindən “Heydər əliyev irsi və islam həmrəyliyi” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin əməkdaşı MahirQəniyev, DQiDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri əlizadə Nəcəfov və şöbənin əməkdaşları,Ağdam Rayon icra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev, Ağdam rayonu Xındırıstan kənd məscidi dini icmasının sədri və axundu Barat Bağırov, icma üzvləri və müəllimlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ağdam rayonu Xındırıstan kənd məscidi dini icmasının sədri B. Bağırov Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyev tərəfindən ölkəmizdə 2017-ci ilin “islam Həmrəyliyi ili” elan olunmasının əhəmiyyətindən danışıb.
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin əməkdaşı Mahir Qəniyev “islam həmrəyliyinin mahiyyəti” mövzusunda məruzə ilə çıxış edib. Natiq qeyd edib ki, islam həmrəyliyi fərqli irqlərə, dinlərə, məzhəb və mədəniyyətlərə mənsub bütün insanları bir araya gətirmək baxımından əhəmiyyətə malikdir.
Tədbirdə, eyni zamanda, Ağdam Rayon icra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev, DQiDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri əlizadə Nəcəfov, Ağdam RiH başçısının qəsəbə üzrə nümayəndəsi Valeh Abdullayev və digərləri çıxış ediblər.

Qeyd edək ki, tədbir Prezident ilham əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib. 

http://scwra.gov.az/vnews/3688/

ŞƏRHLƏR