Ağdam, 10 may, Tahir Ağaməmmədov, AZəRTAC
Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda ənənəvi təsərrüfat sahələrindən olan baramaçılıq bərpa edilir.
Ağdam Rayon icra Hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Baxşeyiş əliyev AZəRTAC-a bildirib ki, baramaçılıq vaxtilə Ağdam rayonunda xeyli inkişaf edən sahələrdən olub. 1980-ci illərdə hər il rayon üzrə 300 tondan çox barama istehsal edilirdi. 1992-ci ildən isə rayonda barama istehsalı dayanıb. Uzun fasilədən sonra bu il ənənəvi təsərrüfat sahələrindən biri olan baramaçılığın bərpa edilməsi qərara alınıb. Rayonun işğal olunmamış ərazisində 8100 ədəd çəkil ağacının qorunub saxlanılması, ən əsası isə sakinlərin bu sahədə peşəkarlığı baramaçılığın bərpasına imkan verir. Artıq baramaçılıqla məşğul olmaq istəyən sakinlərə 70 qutu (1330 qram) ipək qurdu toxumu paylanılıb.
Ermənistan silahlı birləşmələrinin artilleriya atəşlərinə baxmayaraq, rayonun təmas xəttinə yaxın kəndlərinin sakinləri də ipək qurdu toxumu götürüblər. Rzalar kənd sakini Firudin əsədovAZəRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, yaşadığı kəndin əhalisi sovet dövründə baramaçılıqla məşğul olub: “Bu sahədə zəngin təcrübəmiz var. Eşidəndə ki, rayonda baramaçılıq bərpa edilir, tərəddüd etmədən ipəkqurdu götürdüm”.
Baramaçılığın gəlirli sahə olduğunu deyən F.əsədov bildirib ki, ipək qurduna 40 gün qulluq edilir: “ipək qurdunun saxlanıldığı otağın temperaturuna diqqət edilməlidir. Otağın temperaturu 24-25C olmalıdır. Bir də gərək, tut yarpağı əskik olmasın. ipəkqurdu yaxşı bəslənildikdə, istehsal edilən barama da keyfiyyətli olur”.
Keyfiyyətindən asılı olaraq baramanın bir kiloqramının qiymətinin 8 manatadək dəyişdiyini deyən fermer, 200 kiloqramdan çox barama istehsal edəcəyini proqnozlaşdırır.