"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Ağdamda Heydər əliyev Mərkəzinin yeni binası necə olacaq?

--2015-11-02 / 12:13

Ağdam rayon icra Hakmiyyətinin yaydığı məlumata görə, Quzanlı qəsəbəsində Heydər əliyev Mərkəzinin yeni binasının tikintisi sürətlə davam etdirilir.

Üçmərtəbəli binanın ümumi ərazisi 937 kv metrdir. 1-ci və 2-ci mərtəbəsi dəmir beton konstruksiyadan, dam örtüyü isə monolitdən ibarət olan binanın ən müasir memarlıq və arxitektura qaydalarına tam cavab verə biləcək formada tikilib ilin sonuna qədər təhvil verilməsi planlaşdırılır.

Mərkəzin daxilində 260 nəfərlik Akt zalı, 30 nəfərlik iclas zalı, kompyuter, xarici dil kursları, elektron kitabxana, rəsm, heykəltaraşlıq və xalçaçılıq qalareyası, inzibati otaqlar və Ulu Öndər Heydər əliyevin həyatını əks etdirən eksponatlardan ibarət muzey fəaliyyət göstərəcək.

Bundan başqa mərkəzdə Gənclərin asudə vaxdlarının səmərəli təşkili üçün  3D formatında kinotetarında quraşdırılması nəzərdə tutulub.

Yeni tikilən Mərkəzdə tikinti işləri sürətlə aparılır və tikintinin gedişi rayon rəhbərliyinin daimi diqqətindədir. Bütün işlərə şəxsən nəzarət edən rayon rəhbərliyi qısa zamanda mərkəzin tikintisinin yekunlaşmasını və isdifadəyə verilməsi üçün lazımı bütün imkanlardan isdifadə edir.

Belediyye.info

ŞƏRHLƏR