Azərbaycan Respublikası ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyinin maliyyə dəstəyi və Qərvənd bələdiyyəsinin təşkilatçılığı ilə Orta Qərvənd kənd tam orta məktəbinin qarşı tərəfində istinad divarları çəkilir. Uzunluğu 100 metr hündürlüyü üç metr olan divarların bünövrəsi artıq qoyulub. əraziyə inşaat materialları daşınıb. Qərvənd Bələdiyyəsinin sədri Azər Mikayılovun sözlərinə görə, 2013-cü ildə Orta Qərvənd kəndində ümumilikdə bu günədək 880 metr istinad divarı inşa edilib. Sədrin sözlərinə görə, cari ildən başlayaraq kəndin təhlükəli olan daha 455 metrində istinad divarları inşa ediləcəkdir.
Xatırladaq ki, 2011- ci ilin 8 mart tarixində məktəb şagirdi səkkiz yaşlı Fariz Arzu oğlu Bədəlov Ermənistan Silahlı Qüvvələrinin snayperi tərəfindən atılan atəş nəticəsində həyətlərində qətlə yetirilmişdi. Qeyd edək ki, sərhəd kəndindəki orta məktəblə düşmən postu arasındakı məsafə 800 metrdir.
Ağdamın Qərvənd bələdiyyəsinə Orta və Ayaq Qərvənd kəndləri daxildir. 3719 hektar əkinə yararlı torpaq sahəsindən bu gün 2469 işğal altında, 1250 bələdiyyənin inzibati əraizisindədir.