"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Ağdamda Milli Qəhrəmanın adını daşıyan bulağın və subartezian quyusunun açılışı olub

--2016-10-10 / 21:47

Ağdam rayonunun Quzanlı qəsəbəsində “Yeni Yurd” Sosial inkişaf ictimai Birliyinin təşəbbüsü ilə qazılan subartezian quyusunun və Azərbaycanın Milli Qəhrəmanı şirin Mirzəyevin adını daşıyan bulağın açılışı olub.

AZəRTAC xəbər verir ki, rayon ictimaiyyətinin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, Qarabağ müharibəsi veteranlarının və şəhid ailələrinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər “Yeni Yurd” Sosial inkişaf ictimai Birliyinin Ağdam rayonunda həyata keçirdiyi xeyriyyə tədbirlərini yüksək qiymətləndiriblər. Milli Məclisin deputatı Flora Qasımova həyat yoldaşı, Azərbaycanın Milli Qəhrəmanı şirin Mirzəyevin xatirəsinə göstərilən ehtirama görə ictimai Birliyinin rəhbərliyinə təşəkkür edib.

Tədbirdə bildirilib ki, ictimai Birlik tərəfindən rayonun kəndlərində subartezian quyularının qazılması, bulaqların tikilməsi və digər bu kimi sosial tədbirlər davam etdiriləcək.

http://azertag.az/xeber/Agdamda_Milli_Qehremanin_adini_dasiyan_bulagin_ve_subartezian_quyusunun_achilisi_olub-999870

ŞƏRHLƏR