Ağdam Rayon icra Hakimiyyətinin başçısı Raqub Məmmədovun YAP Binəqədi Rayon Təşkilatının iclas zalında Binəqədi rayonunda məskunlaşmış Ağdam rayonundan olan məcburi köçkünlərlə səyyar görüşü keçirilib. Bu barədə məlumatı Binəqədi RiH yayıb.
Görüşdə Binəqədi Rayon icra Hakmiyyəti başçısının birinci müavini ilqar Süleymanov, Ağdam Rayon icra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, Aparatın məsul işçiləri, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Görüşü Ağdam Rayon icra Hakimiyyətinin başçısı Raqub Məmmədov açaraq, Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq istiqamətində görülən işlərdən, sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən danışıb.
Daha sonra Binəqədi rayonunda məskunlaşmış Ağdam rayonundan olan məcburi köçkünlər çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər və onları narahat edən bəzi məsələlərin aradan qaldırılmasını xahiş ediblər.
Ağdam rayon icra Hakimiyyətinin başçısı Raqub Məmmədov qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verib.
Belediyye.info
|
|
|
|
|
|
|
|