"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Ağdamın imamqulubəyli kəndində tibb məntəqəsi istifadəyə verilib

--2018-12-24 / 18:25

Ağdam, 24 dekabr, Tahir Ağaməmmədov, AZəRTAC 

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Ağdam rayonunun imamqulubəyli kəndində yeni inşa olunmuş tibb məntəqəsi istifadəyə verilib.

AZəRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov sakinləri əlamətdar hadisə münasibətilə təbrik edib, tibb müəssisəsinin istifadəyə verilməsinin kənd sakinləri üçün önəmini vurğulayıb.

Çıxışlarda Ağdam rayonunda bütün sahələr kimi, səhiyyənin də maddi-texniki bazasının müasirləşdirilməsi, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Qeyd olunub ki, son illər rayon mərkəzi xəstəxanası, uşaq xəstəxanası, doğum evi, təcili və təxirəsalınmaz tibbi yardım stansiyası üçün binalar tikilib istifadəyə verilib, poliklinika şöbəsi əsaslı təmir olunub, səhiyyə müəssisələri müasir avadanlıqlarla təmin edilib.

Tədbirdə çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Sonda iştirakçılar tibb məntəqəsində yaradılan şəraitlə tanış olublar. Lazımi avadanlıqla təmin olunmuş binada əhaliyə tibb xidməti göstərmək üçün hər cür şərait yaradılıb.

https://azertag.az/xeber/Agdamin_Imamqulubeyli_kendinde_tibb_menteqesi_istifadeye_verilib-1227566?fbclid=IwAR0wJurPdZC__r2T9UXJbaj-a5oFRF9XgyKD03057KWAZvAGvvuyMTNJiyI

ŞƏRHLƏR