"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Ağdamın səkkizinci icra başçısına üRəK SöZüM

--2018-09-04 / 19:36

Azərbaycan Prezidenti cənab ilham əliyevin müvafiq sərəncamıyla 28 avqust tarixində Vaqif Həsənov Ağdam RiH başçısı təyin edildi.

Bu təyinat münasibətiylə Vaqif Həsənovu ürəkdən təbrik edirik və təkrar olaraq 16 iyun tarixində yazdığım yazını onun oxuması üçün yenidən sayta  verirəm. Güman edirəm ki, diqqət göstərib oxuyacaq və fəaliyyətində istifadə edəcəkdir...

--2018-06-16 / 17:07
  

Uzun illərdən bəri Ağdamla bağlı araşdıma və təhlillər hazırlayıram. Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olan ərazilərimizin siyasi-iqtisadi, mədəni və tarixi barədə məlumatları gənc nəslə çatdırmaq, hesab edirəm ki, hər bir ziyalının müqəddəs borcu olmalıdır.

Biz də öz növbəmizdə daim çalışırıq ki, işğaldan əvvəlki Ağdam rayonunun regionun siyasi-iqtisadi və mədəni həyatındakı rolu barədə əldə etdiyimiz faktları təhlill edək və mütəmadi olaraq media vasitəsiylə geniş ictimaiyyətə çatdıraq.

Bir müddət əvvəl isə Ağdama müstəqillik dövründə rəhbərlik etmiş şəxslər barəsində məlumat xarakterli yazını oxucuların müzakirəsinə təqdim etmişdim.

Bu gün Ağdamın sonuncu, sayca yeddinci icra başçısı olmuş Raqub Məmmədov Prezident sərəncamıyla   vəzifəsindən azad olunub. Ağdam rayon icra Hakimiyyətinin başçısı vəzifəsinə bir müddətdir təyinat olmayıb. inanıram ki, yaxın günlərdə bu təyinat Prezident ilham əliyev tərəfindən reallaşdırılacaqdır.

Biz də, ictimaiyyət nümayəndəsi olaraq, yeni təyin ediləcək icra başçısına fəaliyyətimizlə dəstək verməliyik. Ancaq bu təyinatadək bəzi fikirlərimi bölüşmək niyyətindəyəm.

ilk olaraq qeyd edim ki, Ağdamın spesifik rayon olduğunu, Qarabağ münaqişəsinin daim mərkəzində və ərazisinin 72 faizinin işğal altında olmasını nəzərə alaraq bu günədək təyin edilən icra başçılarının hər birinin yerli kadrlardan seçilməsi bu rayona göstərilən diqqət kimi qəbul edilməlidir.

Bir məqam da xüsusi vurğulanmalıdır ki, Ağdamın işğal altında olmayan ərazisində quruculuq işləri 2009-cu ildən Nizami Sadıqovun rayona təyinatından sonra başlayır. iş elə gətirib ki, ondan sonra bu vəzifəyə təyinat alan Raqub Məmmədov da sələfinin yarımçıq qalmış layihələrini davam etdirəsi oldu.

Ümumiyyətlə, son doqquz ili Ağdamın quruculuğunda demək olar ki, əvvəlki illərlə müqayisədə dönüş illəri kimi yaddaşlarda qalacaq. Bu illəri sosial-mədəni və iqtisadi layihələrin icra olunmasında həqiqətən dirçəliş illəri hesab etmək olar.

Xüsusi olaraq qeyd edilməlidir ki, bütün görülən işlərin kökündə dövlət başçısının ardıcıl olaraq   rayona səfər etməsi, rayonun sosial-iqtisadi inkişafına söykənən, habelə daxili yolların infrastrukturunun yenidən qurulmasıyla bağlı imzaladığı sərəncamlar dayanır desək, yəqin ki, yanılmarıq.

Son doqquz ildə rayona rəhbərlik etmiş şəxslər əvvəlkilərdən fərqli olaraq işlərinə daha vicdanla yanaşmaları da bir faktdır.

Yeni təyin ediləcək icra başçısına isə indidən nəyi arzu edərdik:

  1. Ağdam rayonunda Sənaye Məhəlləsinin yaradılmasıyla bağlı layihənin icra edilməsi rayona edilən böyük töhvə ola bilər. əlavə edim ki, bununla bağlı rayon ərazisində  böyük bir sahədə ayrılmışdır. Bu həm regionda yeni iş yerlərinin açılmasına, həm də yerli istehsal sahələrinin yaradılması və inkişafına səbəb olacaq. əldə etdiyim məlumata görə, bu layihənin icrasına Ağdam əsilli sahibkarlar da ciddi dəstək verməyə hazırdırlar və hətta digər ölkələrdən olan tanınmış iş adamlarını məhz bu layihənin icrasına cəlb etmək imkanları da vardır. Qalır yeni təyin edilən şəxsin məsələni cənab Prezident qarşısında əsaslandırılmış formada açıqlama verməsinə. Cənab Prezident əsaslandırılmış hər bir layihəyə öz dəstəyini verməsi də daim göz önümüzdədir.
  2. Hazırda Quzanlı qəsəbəsi və ona bitişik yeni salınmış məcburi köçkün qəsəbələrində 30 min nəfərdən artıq sakin yaşayır. Bu gün cənab Prezidentin diqqəti sayəsində bu ərazidə yaşayan sakinlər üçün hər bir şərait yaradılıb və ərazidə müəyyən infrasturktur qurulub. Bu gün bu qədər əhalinin yaşadığı ərazidə insanların dini ayinlərin yerinə yetirməsi, o cümlədən dini (xüsusəndə dəfnlə bağlı) adətlərin yerinə yetirilməsi üçün müasir tələblərə cavab verən hər hansı bir məscid yoxdur. Xındırıstan kəndində olan məscid binası isə təhlükəli vəziyyətə düşüb. Yaxşı olardı ki, Quzanlı qəsəbəsinin ərazisində, daha doğrusu Ağdam Çay Evinin Quzanlıda inşa edilən oxşarının yanındakı boş ərazidə Ağdam Cümə Məscidinin oxşarı inşa edilsin. Bir məqamı da qeyq edim ki, həm şuşada, həm də Ağdamda inşa edilən məscidlər əslən Qarabağdan olan Kərbalayi Səfixanın müəllifi olduğu layihə əsasında inşa edilib. Onu da əlavə edim ki, Ağdam da inşa edilən məscid əzəmətli və daha monumental idi. inanıram ki, cənab Prezidentin ilk tapşırığı da məhz bu məqamla bağlı olacaqdır.
  1. Nəhayət üçüncü məqam Quzanlıya şəhər statusunun verilməsiylə bağlıdır. Yuxarıda qeyd etdiyim kimi, bu gün Quzanlı qəsəbəsində 30 min nəfərdən artıq sakin yaşayır ki, onunda 10 min nəfəri yerli sakindir. Və son iki icra başçsının fəaliyyəti və cənab Prezidentin diqqəti nəticəsində qəsəbədə şəhər üçün tələb olunan bütün infrastruktur yaradılıb. Belə olan halda qəsəbənin şəhərə çevrilməsi üçün qalır zəruri hüquqi statusun təsdiq edilməsi.

Düşünürəm ki, irəli sürülən təkliflər hər bir rayon sakininin ürəyincə olacaq və yeni təyin ediləcək icra başçısı da bu təkliflərdən bəhrələnrək fəaliyyət göstərəcəkdir.

  Vüqar Tofiqli 

16-06-2018

 

ŞƏRHLƏR