Ağdaş rayonunda formalaşan 26 bələdiyyə 2017-ci il ərzində 359.200 manat maliyyə vəsaiti toplaya bilib. Bu ötən ildəki rəqəmdən cəmi 9.7 faiz artıq deməkdir.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, büdcə gəlirlərində torpaq vergisinin həcmi 28.9 faiz, əmlak vergisinin həcmi 8.1 faiz, mədən vergisindən daxil olan ödənişin həcmi 0.8 faiz olub. Açıq məknada reklam yerləşdiriliməsindən 300 manat vəsait toplanıb ki, bu da ötən ilki rəqəmin cəmi 23.1 faizi deməkdir. 26 bələdiyyə avtodayanacaqla bağlı yığdığı rüsumun həcmi 2600 manat olub.
il ərzində 26 bələdiyyəyə ayrılan dotasiyanın həcmi isə 58.400 manat təşkil edib.
Bələdiyyə əmlakının və torpağının özəlləşdirilməsindən daxil olan vəsaitin həcmi 135.900 (yəni 37.8.%), icarəyə verilməsindən isə 25.200 manat (7.0%) maliyyə vəsaiti daxil olub.
Rayonda torpaq satışının həcmi 2016-cı illə müqayisədə 32 faiz artıb.
Maraqlıdır ki, il ərzində mehmanaxana kurort- sanatoriya ödənişi yığa bilməyiblər.
Digər maraqlı bir məqam ondadır ki, Ağdaş bələdiyyələri yığıdıqları maliyyə vəsaitinin 74.9 faizini yerli orqanların saxlanmasına xərcləyiblər.
Belediyye.info