"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Ağdaş rayonu ilə Latviyanın Rezekne şəhəri arasında əməkdaşlıq barədə sənəd imzalanacaq

--2017-04-05 / 18:21

Latviyanın Rezekne şəhərinin yerli idarəetmə orqanlarının nümayəndələri aprelin 5-də tanışlıq məqsədilə Ağdaş rayonuna səfər ediblər.

AZəRTAC xəbər verir ki, qonaqlarla görüşdə rayon icra hakimiyyətinin başçısı Tofiq ibrahimov Ağdaşda sosial-iqtisadi sahədə həyata keçirilən müxtəlif layihələr və bütün sahələrdə nəzərəçarpan uğurlar barədə məlumat verib. Həmçinin qonaqlara Ağdaşın tarixi, coğrafi mövqeyi, mədəni həyatı, kənd təsərrüfatı potensialı, aqrar sektorda qazanılan nailiyyətlər, yeni yaradılan və müasir texnologiyaya malik emal müəssisələri, xüsusilə bağçılıq, taxılçılıq, pambıqçılıq və heyvandarlığın inkişafı istiqamətində əldə olunan uğurlardan söz açıb.

Rezekne şəhər merinin müavini Elvira Rizane, icraçı direktor Yanis Troşka və informasiya şöbəsinin müdiri Madara Bertina çıxış edərək qonaqpərvərliyə görə təşəkkürlərini bildiriblər. Ölkəmizlə tanışlıq, eləcə də yerli və özünüidarəetmə orqanlarının fəaliyyətinə dair təcrübə mübadiləsi məqsədilə aprelin 3-dən 7-dək Azərbaycanda səfərdə olacaqlarını deyən qonaqlar ölkəmizin paytaxtı ilə yanaşı, regionların da sürətlə inkişaf etdiyinin şahidi olduqlarını diqqətə çatdırıblar. Onlar hər iki ölkənin yerli və regional qurumlarının səmərəli əməkdaşlıq etməsinin əhəmiyyətini vurğulayıblar.

Görüşdə Latviya və Azərbaycanın bələdiyyə assosiasiyalarının xətti ilə təşkil edilən qarşılıqlı səfərlərin müsbət nəticələrinə toxunulub.

Qeyd edilib ki, Latviyanın Rezekne şəhərinin iş adamları Azərbaycana böyük maraq göstərirlər. indiyədək Azərbaycan və Latviyanın yerli idarəetmə qurumları arasında əməkdaşlıq barədə 12 sənəd imzalanıb. Bu ilin yayında isə Ağdaş Rayon icra Hakimiyyətinin nümayəndələri və yerli iş adamları Latviyanın Rezekne şəhərinə səfər edəcəklər. Səfər zamanı iki şəhərin yerli idarəetmə qurumları arasında təhsil, idman, mədəniyyət və digər sahələrdə əməkdaşlıq barədə sənədin imzalanması nəzərdə tutulur.

Sonra qonaqlar Ağdaş şəhərindəki Heydər əliyev Mərkəzi, Heydər əliyev parkı, Tarix-Diyarşünaslıq Muzeyi, Olimpiya idman Kompleksi, rayon mərkəzi xəstəxanası, Habil əliyev adına musiqi məktəbi ilə tanış olublar. Bayraq meydanı və 800 ilə yaxın yaşı olan, gövdəsində çay evi yerləşən çinar ağacı ilə tanışlıq da maraqlı anlarla yadda qalıb. Nümayəndə heyətinin üzvləri Ağdaşa səfərin onlarda xoş təəssürat yaratdığını bildiriblər.

Qeyd edək ki, səfər zamanı qonaqları Milli Məclisin deputatı Cavid Osmanov və Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının icra katibi Tofiq Həsənov müşayiət edib.

http://azertag.az/xeber/1048550

ŞƏRHLƏR