Latviyanın Rezekne bələdiyyəsiylə Ağdaş bələdiyyəsi qardaşlaşacaq. Bu barədə Rezekne bələdiyyəsinin mətbuat katibi Madara BÄ“rtiņa bildirib. Rezekne bələdiyyəsindən daxil olan məlumata görə, Ağdaş şəhərinin nümayəndə heyətinin 9- 11 iyul aralığında Rezekne şəhərinə səfəri nəzərdə tutulub.
Səfər çərçivəsində Rezekne ilə Ağdaş bələdiyyələri arasında qarşlıqlı əməkdaşlıq, xüsusəndə sahibkarlıq, təhsil, mədəniyyət və idman sahəsində əlaqələrinin qurulması üçün niyyət protokolunun imzalanması gözlənilir.
Nümayəndə heyətinin tərkibinə Ağdaş rayonundan olan millət vəkili Cavid Osmanov, Ağdaş RiH-başçısının müavini əli Kərimov, Ağdaş bələdiyyəsinin sədri Qalib Qarayev daxildir.
Səfər çərçivəsində nümayəndə heyəti Rezekne şəhərinin işgüzar və turzim imkanlarıyla tanış olacaq o cümlədən şəhərin qədim tarixi yerləriylə tanış olacaqdır.
Qeyd edək ki, Latviyalı qonaqlar bir müddət əvvəl Azərbaycanda səfərdə olublar. Rezekne şəhər merinin müavini Elvira Rizane, icraçı direktor Yanis Troşka və informasiya şöbəsinin müdiri Madara Bertinadan ibarət nümayəndə heyəti ölkəmizdə səfərdə olublar. Qonaqlar səfər çərçivəsində Binəqədi və Ağdaş rayon bələdiyyələrində görüş keçiriblər.
Belediyye.info