"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Agentlik direktoru bələdiyyələri niyə tənqid etdi?

--2016-02-05 / 02:12

əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Torpaqların Dövlət idaredilməsinin təşkili üzrə Dövlət agentliyinin direktoru Mohuma Heratiyevin sözlərinə görə, prezidentin 516 saylı fərmanıyla təsdiq edilmiş “əsasnamə”yə  görə,  mülkiyyət növündən asılı olmayaraq bütün torpaqların idarəedilməsinə, mühafizəsəsinə və istifadəsinə görə dövlət nəzarətini əmlak məsələləri üzrə Dövlət Komitəsi həyata keçirir. Bu gün ölkə üzrə olan  8.6 milyon hektar torpaq fondu üç mülkiyyət növü üzrə bölünür. Bu torpaqlardan 4,9 milyon hektarı dövlət fondunda (yəni 56,9%), 2 milyon hektarı (23,4%) bələdiyyə mülkiyyətinə, 1.7 milyon hektarı isə (19,6%) xüsusi mülkiyyətə verilib.

Bələdiyyələrin fəaliyyətinə toxunan komitə rəsmisi bu qurumların müyyən inkişaf yolu keçdiyini dilə gətirməklə bərabər, bu gün fəaliyyətlərində ciddi nöqsanlara yol verildiyini də bildirib.

Direktorun sözlərinə görə , agentliyin  müfəttişlərin yerlərdə apardığı monitorinqlərdən, eləcə də daxil olan vətəndaş müraciətlərindən  aydın olur ki, bəzi bələdiyyələr qanunvericiliyin tələblərinə əməl olunmadan kənd təsərrüfatı  təyinatlı torpaqları, əkinə yararlı torpaqları və ya əhalinin ümumi istifadəsində olan  yararlı torpaqları-örüş və otlaq sahələrini qanunsuz olaraq başqa məqsədlər üçün  fiziki və hüquqi şəxslərin istifadəsinə veriblər. Bu torpaqların bir qismində hazırda müxtəlif məqsədlərlə  tikinti işləri aparlıb və ya aparılmaqdadır. Bununla da torpaqların məqsədi və təyinatı özbaşına olaraq dəyişdirilib.

Bələdiyyələr  kommunikasıya xəttlərinin altında və ya üstündə olan ərazilərə, Xəzər dənizi və çay kənarı mühafizə zolağında olan ərazilərə sərəncam verməklə, həm vətəndaşları təhlükə altına almış, həmdə bü xəttlərə baş verə biləcək təhlükənin aradan qaldırlmasına maneələr yaratmışlar.

Komitə rəsmisi, cari ildə vətəndaş müraciətlərinə toxunaraq bildirib ki, avqust ayından  əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Torpaqların Dövlət idaredilməsinin təşkili üzrə Dövlət agentliyinə 575 torpaq sahəsinin ayrılmasıyla bağlı  sənədləri daxıl olub. Onlardan 476-na müsbət rəy verilmiş,  99 uyğunsuzluq olduğuna görə,  sənədləri geri qaytarılib. Ümumilikdə, avqust- noyabr aylarında 35 ha mülkiyyətə satılması, 76 ha isə icarə verilməsi həyata keçirilib. Agentlik direktoru sonda maraqlı bir faktı açıqlayıb:

“2009-cu ilin mart ayından 2015-ci ilin fevralınadək  15.514 torpaq sahəsi hərrac vasitəsiylə satılmışdır.”

Xatırladaq ki, komitə rəsmisi bu fikirləri “Torpaq münasibətlərinin tənzimlənməsində bir pəncərə: bələdiyyə torpaqlarının qeydiyyatı və idarəçiliyində optimal yanaşmalar” mövzusunda keçirilən işgüzar Forumda bildirib.

Belediyye.info

ŞƏRHLƏR