"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Agentliyin nümayəndə heyəti Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində olub

--2023-03-17 / 07:22

Belediyye.info xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndə heyəti Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib israfilovla görüşüblər.

Nümayəndə heyətini salamlayan Qalib israfilov BMT-nin 52-ci insan hüquqları sessiyasında yerli QHT-lərin təmsilçiliyi və fəallığının əhəmiyyətli olduğunu və BMT-nin müxtəlif strukturları tərəfindən vətəndaş cəmiyyəti nümayəndələrinin fəallığının diqqətdə saxlanıldığını bildirdi.
Daha sonra çıxış edən Agentliyin icraçı direktoru Aygün əliyeva BMT-nin təsisatları və digər nizamnamə orqanları ilə əməkdaşlığın Agentlik üçün prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb. Vətəndaş Cəmiyyəti təsisatlarının qeyd olunan tədbirlər çərçivəsində iştirakının davamlı olması üçün sistemli iş aparılmasının vacibliyindən, beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün qarşıda duran hədəflərdən bəhs edib.

#QhtAgentliyi #NgoAgency #UN

Belediyye.info

ŞƏRHLƏR