Belediyye.info xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndə heyəti Cenevrədə BMT-nin inkişaf Proqramının Cenevrə ofisinin direktoru xanım Aqi Vereslə görüşüblər.
ilk olaraq Agentliyin icraçı direktoru Aygün əliyeva Azərbaycan vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti, qrant müsabiqələri, QHT-lərin beynəlxalq əməkdaşlıqları haqqında məlumat verib. O bildirib ki, ötən il Agentlik və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin ofisi arasında imzalanan Memorandumun əsas məqsədlərindən biri Azərbaycanda donor qismində fəaliyyət göstərən BMT təsisatları ilə yerli QHT-lərin əlaqələrini gücləndirməkdir.
Nümayəndə heyətini BMT-nin inkişaf Proqramının Cenevrə ofisində görməkdən məmnunluq duyduğunu bildirən Aqi Veres qeyd olunan istiqamətlərdə əlaqələrin inkişaf etdirilməsini dəstəkləyib. O bildirib ki, BMT-nin inkişaf Proqramı hər zaman QHT-lərin bilik və
bacarıqlarının artırılması, müxtəlif mövzularda layihələrin icrasını dəstəkləyib və Davamlı inkişaf Məqsədlərinə nail olunması istiqamətində üzv dövlətlərin vətəndaş cəmiyyəti təsisatları ilə sıx əməkdaşlıq edib.
#QhtAgentliyi #NgoAgency #BMT
Belediyye.info