"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Agentliyin nümayəndə heyəti BMT-nin Cenevrədəki bölməsinin baş direktorunun katibliyi ilə görüşüb

--2023-03-18 / 13:18

Belediyye.info xəbər verir ki, Agentliyin nümayəndə heyəti BMT-nin Cenevrədəki bölməsinin baş direktorunun katibliyi ilə görüşüb.
BMT-nin insan Hüquqları şurasının 52-ci sessiyası çərçivəsində isveçrənin Cenevrə şəhərində səfərdə olan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndə heyəti BMT-nin Cenevrədəki bölməsinin baş direktoru xanım Tatyana Valovayanın katibliyinin QHT-lər üzrə departamentinin direktoru xanım Sofi Torelli ilə görüşüb.
Görüşdə Agentlik və BMT-nin Cenevrə bölməsi arasında qurulacaq əməkdaşlıq perspektivləri, eyni zamanda yerli QHT-lərin BMT-nin təsisatlarının və nizamnamə orqanlarının tədbirlərində iştirakı ilə bağlı müzakirələr aparılıb.

#QhtAgentliyi #NgoAgency #UN

Belediyye.info

ŞƏRHLƏR