"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Ağstafa bələdiyyələrinin büdcə gəlirləri niyə azalıb?

--2019-07-03 / 06:03

Ağstafada rayonunda formalaşan 29 bələdiyyənin əldə etdikləri maliyyə vəsaitinin həcmi 176.900 manat olub. Bu da 2017-ci illə müqayisədə 12 faiz azalma deməkdir. əldə edilən vəsaitin isə 33.6 faizi bələdiyyə əmlakının və torpağının özəlləşdirilməsindən və icarəsindən daxil olub. Bu barədə məlumat Dövlət Statistika Komitəsinin illik hesabatında qeyd edilib.

Belə ki, bələdiyyələr ötən il ərzində 16100 manatlıq əmlak vergisi, 31000 manatlıq torpaq vergisi, 2600 manatlıq reklam vergisi,1200 manatlıq dayanacaq vergisi, 1800 manatlıq mehmanxana rüsumu toplaya biliblər.

il ərzində mədən vergisindən bələdiyyə büdcəsinə heç bir vəsait daxil olmayib.

Maraqlıdr ki, Ağstafa bələdiyyələri il ərzində mehmanxana rüsumunun həcmini 150 faiz artırıa biliblər.

Qeyd edək ki, il ərzində 59.900 manat dövlət tərəfindən dotasiya ayrııb.

2017-ci ildə bələdiyyələrin əldə etdikləri vəsaitin həcmi 199.200 manat olmuşdu.

Belediyye.info  

ŞƏRHLƏR