sorğu
Ağsu bələdiyyəsinin yaydığı məlumata görə, cari ilin birinci rübü ərzində bələdiyyənin büdcə daxilolmalaırnın həcmi 7.558 manata bərabər olub.
Bu gəlirlərin 4.332 manatı torpaq satışından, 730 manatı torpaq vergisindən, fiziki şəxslərə məxsus obyektlərindən daxil olan torpaq və əmlak vergisindən, 1.178 manat və digər istiqamətlərdən 1.257 manat daxil olub.
Üç ay ərzində bələdiyyə cəmi 21 manat əmlak vergisi toplaya bilib.
Bələdiyyənin əsas xərcləri isə əsasən şəhərin küçə və meydanlarında təmir-bərpa işlərinin aparılmasına yönəlib.
Bu işlərin görülməsinə bələdiyyə 2.940 manat xərc çəkib. Bununla yanaşəı “şeyx Dursun” qəbrstanlığının təmizlənməsinə 450 manat maliyyə vəsaiti xərclənib.
Belediyye.info