şamaxı rayon 4 saylı ərazi vergilər idarəsinin əməkdaşlarının iştirakıyla Ağsu bələdiyyəsində yerli vergi və ödənişlərin “Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi”nə işlənilməsinin vəziyyəti,yerli vergi və ödənişlərində ödənişlərin yığımında yaranan problemlər, onların aradan qaldırılması yolları və qarşıda duran vəzifələr müzakirə edilib. Bu barədə məlumatı Ağsu bələdiyyəsi yayıb.
Müzakirələr zamanı bələdiyyənin vergi müfəttişlərinə yerli vergi və ödənişlərin yığımının artırılması, uçot sisteminin dəqiqləşdirilməsi, tədiyyəçilərlə münasibətlərin düzgün qurulması barədə metodik tövsiyyələr verilib.
Belə qərara alınıb ki, gələcəkdə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi, bələdiyyə torpaqlarının istifadəsi üzrə dəqiq statistik məlumatların hazırlanması kimi məsələlər bu sistemdə ətraflı şəkildə təmin edilsin.
Belediyye.info
|
|
|