"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Ağsu şəhərində müharibə veteranları ilə görüş keçirilib

--2017-05-09 / 18:34

9 may - Azərbaycan tarixində qələbə əzmini ifadə edən bir səhifə.

1941-45-ci illər  Böyük Vətən müharibəsi dövrü Azərbaycan övladlarının canlarıyla,qanlarıyla mübarizə əzmi sərgilədikləri bir  tarix idi.

Bugün ö tarixdən 72 il  ötür. O müharibənin iştirakçıları bir çoxları dünyalarını dəyişiblər.

Bizə isə o dövrdən qalan canlı əfsanələri yaşatmaq yad etmək düşür.

Bu məqsədlə Ağsu rayon icra Hakimiyyəti və Ağsu şəhər Bələdiyyəsinin təşəbbüsü ilə 9 may Böyük Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil olunub.

Görüşə Ağsu rayonu ərazisində yaşayan  Böyük Vətən müharibəsi iştirakçıları – şirəliyev əlipənah imanqulu oğlu, şıxıyev əbülfəz Hacı oğlu, Mahmudov Alış  Sərcan oğlu dəvət edilmiş, onlar pul mükafatı və hədiyyələrlə təltif edilmişlər.

Görüş zamanı o dövrə aid anlar  təkrar xatırlanmış o dövrün xatirələri gələcək nəsillərə ibrət olması üçün səsləndirilmişdir.

Ziya əhmədov. (Ağsu bələdiyyəsi)

Xüsusi olaraq Belediyye.info üçün

ŞƏRHLƏR