Gəncə şəhər Nizami Rayon icra Hakimiyyəti və Nizami rayon Bələdiyyəsinin nümayəndələri koronavirus pandemiyası ilə əlaqədar olaraq rayon ərazisində yaşayan, yaşı 65-dən yuxarı, o cümlədən ahıl və kimsəsiz vətəndaşlara baş çəkiblər.
Nazirlər Kabineti yanında operativ qərərgahın tətbiq etdiyi karantin rejiminə uyğun olaraq şəhər rəhbərliyinin təşəbbüsü ilə vətəndaşların evdə qaldıqları müddətdə gündəlik yardım aksiyaları keçirilir.
Yardım aksiyaları zamanı Nizami rayonu ərazisində yaşayan, xüsusi qayğıya ehtiyac duyan ahıl və kimsəsizlər 24 saat nəzarətdə saxlanılır və onların sosial qayğılarının aradan qaldırılması üçün daim köməkliklər göstərilir.
Sakinlərlə söhbət zamanı Nazirlər Kabineti yanında operativ qərərgahın tətbiq etdiyi karantin rejiminə uyğun olaraq vətəndaşların evdə qalmaları tövsiyyə olunub.
Ümumilikdə karantin dövrü ərzində rayon ərazisində aztəmiantlı ailələrə sovqatlar paylanılıb.
Gəncə şəhəri Nizami bələdiyyəsi