ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin dəstəyi və Regional ədliyyə idarələrinin təşkilatşılığı ilə Almaniya Beynəlxalq əməkdaşlıq Cəmiyyəti (GiZ) regional seminarlara start vermişdir. 9 iyul tarixində Xaçmaz, 17 və 18 iyul tarixlərində şəki və Göyçay Regional ədliyyə idarələrinin əhatə etdiyi bələdiyələrin təmsilçiləri üçün „Yerli özünü idarəetmə sahəsində yeni metodik vəsaitlərin təqdimatı“ mövzusunda seminarlar keçirilmişdir. Seminarlarda GiZ-in Bələdiyyələrlə iş mərkəzi ilə birgə tərtib etdiyi “Sahibkarlığın inkişafında bələdiyyələrin iştirakı ilə bağlı qanunvericiliyə dair sənədlər toplusu”, “Bələdiyyələrdə arxiv işinin təşkilinə dair normativ hüquqi aktlar toplusu”, “Metodik sənədlər toplusu”, “Yerli büdcənin tərtibi” metodik vəsaitləri, o cümlədən Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris mərkəzi ilə birgə hazırlanmış „Bələdiyyələrdə mühasibat uçotunun təşkili“ kitabı tədbir iştirakçılarına təqdim edilərək paylanılmışdır.
iyul ayının sonuna qədər Lənkəran və şirvan regional ədliyyə idarələrində də belə seminarların keçirilməsi nəzərdə tutulur.
Almaniya Beynəlxalq əməkdaşlıq Cəmiyyəti (GiZ)
|
|
|
|
|
|
|
|