"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Almaniya Beynəlxalq əməkdaşlıq Cəmiyyəti (GiZ) növbəti silsilə seminarları təşkil edib

--2019-10-31 / 14:09

Almaniya Beynəlxalq əməkdaşlıq Cəmiyyəti (GiZ) Bələdiyələrlə iş mərkəzinin dəstəyi və regional ədliyyə idarələrinin təşkilatçılığı ilə 29 və 30 oktyabr tarixlərində Bərdə və imişli regional ədliyyə idarələrində növbəti silsilə seminarları təşkil etmişdir.

“Cənubi Qafqazda Yerli Özünü idarəetmə” proqramı çərçivəsində GiZ ilə Bələdiyyələrlə iş mərkəzinin birgə hazırladığı “Sahibkarlığın inkişafında bələdiyyələrin iştirakı ilə bağlı qanunvericiliyə dair sənədlər toplusu”, “Bələdiyyələrdə arxiv işinin təşkilinə dair normativ hüquqi aktlar toplusu”, “Metodik sənədlər toplusu”, “Yerli büdcənin tərtibi” metodik vəsaitlər seminar iştirakçılarına təqdim edilmiş və paylanılmış, eyni zamanda digər metodik tövsiyələr bələdiyyə təmsilçilərinin diqqətinə çatdırılmışdır.

Bununla da, il ərzində bu mövzu üzrə keçirilmiş bütün regional ədliyyə idarələrində silsilə təlimlərə yekun vurulmuş, ölkə üzrə bütün bələdiyyələr cari ildə nəşr edilmiş metodik vəsaitlərlə təmin edilmişdir.

 Mehdi Abdullayev

Almaniya Beynəlxalq əməkdaşlıq Cəmiyyətinin məsul əməkdaşı

ŞƏRHLƏR