"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Almaniya Beynəlxalq əməkdaşlıq Cəmiyyəti (GiZ) tərəfindən bələdiyyə təmsilçiləri üçün növbəti təlimlər keçirilmişdir

--2019-06-24 / 04:33

“Gəncə-Qazax iqtisadi Rayonunda Yerli və Regional inkişafa Dəstək” layihəsi çərçivəsində bölgə bələdiyyələri üçün Bələdiyyələrlə iş mərkəzinin təşəbbüsi, Gəncə və şəmkir regional ədliyyə idarələrinin dəstəyi ilə Almaniya Beynəlxalq əməkdaşlıq Cəmiyyəti (GiZ) tərəfindən bələdiyyə təmsilçiləri üçün növbəti təlimlər keçirilmişdir. “Bələdiyyələrdə mühasibat uçotunun təşkili” adlı silsilə təlimlərdə 11-14 iyun tarixlərində Qazax, Ağstafa, Tovuz, şəmkir və Gədəbəy, 19-21 iyun tarixlərində isə Gəncə, Naftalan, Göygöl, Samux, Daşhəsən və Goranboy bələdiyyələrinin mühasibləri üçün təlimlər təşkil edilmişdir. Beynəlxalq standartlara uyğun tərtib edilmiş “Bələdiyyələrdə mühasibat uçotunun təşkili” metodik vəsaiti də təlim iştirakçılarına təqdim olunaraq paylanılmışdır. Növbəti mərhələdə bu kitabın ölkə üzrə digər bələdiyyələrə də paylanılması nəzərdə tutulur.

Qeyd edək ki, “Gəncə-Qazax iqtisadi Rayonunda Yerli və Regional inkişafa Dəstək” layihəsi Avropa ittifaqı (Ai) tərəfindən maliyyələşdirilir.

Almaniya Beynəlxalq əməkdaşlıq Cəmiyyəti (GiZ) 

ŞƏRHLƏR