“Gəncə-Qazax iqtisadi Rayonunda Yerli və Regional inkişafa Dəstək“ layihəsi çərçivəsində Almaniya Beynəlxalq əməkdaşlıq Cəmiyyəti (GiZ) ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin dəstəyi, Gəncə və şəmkir regional ədliyyə idarələrinin təşkilatçılığı ilə „Yerli səviyyədə ictimai-özəl əməkdaşlıq“ mövzusunda növbəti təlimlər 25 aprel -3 may tarixlərində təşkil edilmişdir. Bu barədə məluamtı GiZ yayıb.
Ağstafa, Qazax, Tovuz, şəmkir, Gədəbəy, Gəncə, Göygöl, Daşkəsən, Goranboy, Samux və Naftalan bələdiyyələrindən bir günlük təlimlərə ümumilikdə 180-dən çox bələdiyyə təmsilçisi qatılmışdı.
Tədbir iştirakçılarına təlim materialları ilə yanaşı Bələdiyyələrlə iş mərkəzi ilə GiZ-in birgə hazırladığı “Sahibkarlığın inkişafında bələdiyyələrin iştirakı ilə bağlı qanunvericiliyə dair sənədlər toplusu” kitabı da paylanılmışdır.
Qeyd edək ki, bu layihə Avropa ittifaqı (Ai) tərəfindən maliyyələşdirilir.
Belediyye.info
|
|
|
|