"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Almaniya Beynəlxalq əməkdaşlıq Təşkilatı Gədəbəydə tədbir keçirib

--2018-08-02 / 18:29

Almaniya Beynəlxalq əməkdaşlıq Təşkilatı dəstəyi və təşkilatın regional kordinatoru Fariz Qarayev iştirakıyla Gədəbəy şəhərində tədbir keçirilib.

Tədbirin əsas məqsədi Gədəbəy rayon inkişaf planının hazırlanması məqsədi ilə rayon səviyyəsində tərəfdaşların müəyyən edilməsidir.

Fariz Qarayevin Belediyye.info verdiyi məlumata görə, tərəfdaşlar deyəndə rayonda olan müəssisə, təşkilatlar, bələdiyyə və icra hakimiyyəti orqanları nəzərdə tutulub.

Növbəti tədbir rayonun sosial iqtisadi və ətraf mühit məsələləri ilə bağlı məlumatların və bu tərəfdaşlarla müzakirəsi olacaqdır.

Müzakirələrin nəticəsi olaraq rayonun diaqnostik məlumat hesabatı hazırlanacaqdır ki, bunun da əsasında rayon inkişafı planı hazırlanacaqdır.

GiZ-Almaniya Beynəlxalq əməkdaşlıq Təşkilatının dəstəyi ilə Azərbaycanda ilk dəfə 3 pilot rayonda Gədəbəy, Tovuz və Daşkəsən rayonlarında Rayon inkişaf Planları hazırlanacaq və planının hazırlanması 2 mərhələyə bölünəcəkdir.

Birinci mərhələdə rayonun diaqnostikası-burada rayona aid sosial iqtisadi və ətraf mühit məsələləri rayon icra hakimiyyətinin müvafiq qrumları və rayonda yerləşən digər qurumların iştirakı ilə müzakirə edilməsi nəzərdə tutulub.

ikinici mərhələdə isə rayona dair mərkəzləşmiş məlumat sistemi yaradılacaq ki, bu da rayon icra hakimiyyəti tərəfindən müxtəlif məqsədlərlə istifadə edilməsi gözlənilir.

Nəticə etibariylə əldə edilən məlumatlardan istifadə edərək rayon icra hakimiyyətinin və digər 25-30 yaxın digər qurumların iştirakı ilə “Rayonun inkişaf planı” hazırlanacaqdır.

Fariz Qarayevin sözlərinə görə, regional inkişafa dəstək vermək məqsədiylə ilk dəfə olaraq bələdiyyələrin yerli inkişaf planı rayon inkişaf planına inteqrasiya ediləcəkdir.

Belediyye.info

 

ŞƏRHLƏR