Almaniya iqtisadi əməkdaşlıq və inkişaf Nazirliyinin sifarişi ilə Almaniya Beynəlxalq əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən həyata keçirilən Yaxşı Yerli Özünüidarəetməyə Dəstək Proqramı Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində 5-6 oktyabr 2017-ci ildə Gender bərabərliyi mövzusunda Regional Konfrans keçirilib. Konfransın məqsədi yerli özünüidarəetmə orqanlarında – bələdiyyələrdə qadınların rolunu müəyyənləşdirmək, onların diqqətini sosial məsələlərə, qadın və uşaqların problemlərinin həlli məsələlərinə yönəltməkdən ibarətdir. Konfrans bələdiyyə üzvü olan qadınlarin iştirakını gücləndirilməsi üçün instutisional mexanizmlərin və strategiyaların müzakirəsi və mübadiləsi imkanı yaratmışdir. Həmçinin Konfransda beynəlxalq təcrübəyə əsaslanaraq qadın bələdiyyə liderlərinin qarşılaşdığı spesifik problemlər və yerli siyasətdə onların liderlik potensialının gücləndirilməsi üçün müxtəlif strategiyalar konfrans iştirakçıları tərəfindən işçi qruplarında geniş müzakirə aparılmışdır.
Konfransda Almaniya Federativ Respublikasının Gürcüstandakı səfirliyinin Cənubi Qafqazda inkişaf Tərəfdaşlığı üzrə rəhbəri Daniel Haas və insan Hüquqları və Gender Məsələləri üzrə Məsləhətləşmələr təşkilatının experti Marion Böker mərzuzələri dinlənilmişdir. Gender məsələləri üzrə zəngin təcrübəyə malik olan Marion Böker konfrans iştiakçılarına Almaniya təcrübəsində danışıb. Böker Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya və BMT-nin 1325 saylı Qətnaməsinin layihələri üzrə Almaniya insan Hüquqları institutu üçün ekspert qismində çıxış etmişdir.
Konfransda Cənubi Qafqazdan olan dövlət və qeyri hökümət təşkilatlarının nümayəndələri, millət vəkilləri, bələdiyyə üzvləri və bələdiyyə sədrləri iştirak etmişdirlər.
Hər üç ölkənin QHT təmsilçilərinin mövzuyla əlaqəli geniş məruzələri dinlənilmişdir. Konfransda Azərbaycanı təmsil edən “Qadınlar arasında həmrəylik” ictimai birliyinin sədri Ruhəngiz Hüseynova Azərbaycanda Gender problemlərinin həlli istiqmətində atılan addımlardan danışaraq qanunvericilik bazasına aid edilən məqamlara toxunaraq, Azərbaycanın beynəlxalq konvensiyalara qoşulduğunu bildirib. Bununla yanaşı konfransda Azərbaycan bələdiyyə qadın üzvləri panel diskusiyyalarda əhəmiyyətli tövhələr verərək, ölkənin yerli idarəetmədə gender siyasətinin nailiyyət və perespektivlərinin nümunəvi model kimi təqdim etmişdilər.
iki gün davam edən müzakirələrdə Azərbaycan nümayəndə heyətinin tərkibində olan Azərbaycan Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin təmsilçisi Aynur Veysəlova və Elgün Səfərov, Maliyyə Nazirliyinin yerli büdcələrlə iş sektornun baş məsləhətçisi Elnur Vəliyev, ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinin əməkdaşı Seymur Nağıyev və bələdiyyə üzvləri və GiZ-in proqram üzrə məsul eksperti Fidan Qasımova iştirak etmişdir.
Belediyye.info