"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Almaniya Beynəlxalq əməkdaşlıq Təşkilatı Mingəçevir bələdiyyəsiylə əməkdaşlıq edəcək

--2016-05-13 / 22:00

"Almaniya Beynəlxalq əməkdaşlıq Təşkilatı Mingəçevir Bələdiyyəsi ilə əməkdaşlıq etmək niyyətindədir." Bu barədə təşkilatın nümayəndəsi Rasim Zeynalov məlumat verib. Mingəçevir bələdiyyəsinin yaydığı məlumata görə, ilkin olaraq Almaniya Beynəlxalq əməkdaşlıq Təşkilatı tərəfindən Mingəçevir Bələdiyyəsinə bir dəst kompüter avadanlığı bağışlanıb.

Qeyd edək ki, kompüter "şəffaf büdcə proqramı" ilə yüklənib.

Bələdiyyə sədri Coşqun Abdullayevlə keçirilən  görüşdə hər iki qurumun digər sahələrdə də əməkdaşlıq etməsi nəzərdən keçirilib.

Belediyye.info

ŞƏRHLƏR