Gəncə şəhərində Avropa ittifaqının maliyyələşdirdiyi “Gəncə-Qazax iqtisadi Rayonunda Yerli və Regional inkişafa Dəstək” (SLRD) layihəsinin rəsmi açılış konfransı keçirilib. Bu barədə məluatı Ai Bakı ofisi məlumat yayıb.
Layihə əsasən 3 rayon –Tovuz, Daşkəsən və Gədəbəy olmaqla Gəncə-Qazax iqtisadi rayonunu əhatə edir.
Layihənin ümumi məqsədi Gəncə-Qazax iqtisadi rayonunun sosial-iqtisadi inkişafının yüksəldilməsinə yönəlmiş proqamların daha yaxşı planlanması, icrası və nəzarət edilməsində yerli özünüidarətmə qurumlarını dəstəkləməklə Azərbaycanda iqtisadiyyatın diversifikasiyasına və dayanıqlı regional inkişafa töhfə verməkdir.
Layihə Almaniya Beynəlxalq əməkdaşlıq təşkilatı tərəfindən iqtisadiyyat Nazirliyinin əsas tərəfdaşlığı ilə icra edilməkdədir.
Belediyye.info
|
|
|
|
|
|