Almaniya Beynəlxalq əməkdaşlıq Təşkilatının Yerli Özünüidarəetmə Proqramı (GiZ)2015-ci ildən etibarən indiyə kimi Binəqədi Rayon Bələdiyyəsi ilə “Bələdiyyə və əhali arasında dialoqun yaxşılaşdırılması və bələdiyyə qulluqçularının bilik və bacarıqlarının artırılması” istiqamətində çoxsaylı tədbirlər həyata keçirir. Bu barədə məlumatı Binəqədi bələdiyyəsinin sədri Sitarə Cabbarlı verib.
Məlumatda bildirilir ki, GiZ Yerli Özünüidarəetmə Proqramının apardığı fəaliyyətin qiymətləndirilməsi və eləcə də növbəti üç il üçün planlaşdırılması məqsədilə Almaniyadan gəlmiş missiya mart ayının 11-də Binəqədi rayon Binəqədi bələdiyyəsinin rəsmiləriylə görüş keçirmişdir. Görüşdə ikitərəfli münasibətlər, gələcək iş planı ilə bağlı təkliflər müzakirə edilib.
Belediyye.info