"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Almaniyanın səfiri Sumqayıt bələdiyyəsində olub

--2017-02-09 / 14:05

Bu barədə Belediyye.infoya daxil olan məlumata görə,  görüşdə Sumqayıt bələdiyyəsinin sədri Sultan əsədov şəhərdə həyata keçirilən sosial-iqtisadi tədbilər, yenidənqurma və abadlıq işləri barədə məlumat verib.

Sədr Azərbaycan Prezidenti ilham əliyevin ötən ilin sentyabr ayında Sumqayıtda səfərdə olduğunu və şəhərdə görülmüş işləri çox yüksək qiymətləndirdiyini qonaqların  diqqətinə çatdırıb.

S.əsədov eyni zamanda ermənilər tərəfindən 1988-ci ilin fevral ayında Sumqayıtda və 1992-ci ilin fevralında Xocalıda qanlı terror hadisələrinin törədildiyini, bu hadisələr zamanı yüzlərlə günahsız azərbaycanlının amansızcasına qətlə yetirildiyini bildirib.

Sədr həmçinin Sumqayıt Bələdiyəsinin strukturu və fəaliyyəti barədə məlumat verdi, şəhərdə aparılan işlərə bələdiyənin də dəstək verdiyini vurğulayıb.

Söhbətdə diqqətə çatdırılıb ki, 1977-ci ildən Sumqayıt və Almaniyanın Lüdviqshafen şəhərləri arasında əməkdaşlıq əlaqələrinin əsası qoyulub və ötən dövr ərzində tərəflər arasında çox sıx əlaqələr mövcud olub.

Almaniyalı səfir M.Kindsqrab qeyd edib ki, bu, onun Sumqayıta üçüncü səfəridir və ötən dövr ərzində şəhər çox dəyişib, müasirləşib.

Səfir sovetlər dövründə birllik ölkələrindən olan şəhərin Avropa şəhərlərindən biri ilə qardaşlaşmasının qeyri-adi hal olduğunu və sonralar bu əlaqələrin davam etdirildiyini və şaxələndirildiyini söyləyib.

Görüşdə şəhərin inkişaf perspektivləri, ekoloji layihələr müzakirə edildi.

Bildirilib ki, Sumqayıtda sovet dövründə sənaye tullantıları ilə çirkləndirilmiş ərazilərin böyük hissəsi məhz alman mütəxəssislərin iştirakı ilə təmizlənib.

Sonda səfirə Sumqayıt Bələdiyyəsi adından xatirə hədiyyəsi və Sumqayıt hadisələrindən bəhs edən, alman, ingilis, fransız və rus dillərində çap olunmuş kitab təqdim olundu.

Görüşdə Sumqayıt şəhər icra hakimiyəti başçısının müavini Sahib Quliyev, Sumqayıt Bələdiyyəsinin sədr müavini Musa Həsənov, bələdiyyənin Yerli büdcə məsələləri üzrə Komissiyasının sədri Akif Kərimov və Ekologiya məsələləri üzrə Komissiyanın sədri Yusif Salmanov da iştirak ediblər.

Belediyye.info

ŞƏRHLƏR