Xəzər rayonu Mərdəkan bələdiyyəsinin hesabatı:
Mərdəkan bələdiyyəsinin 2018-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş HESABATI
Azərbaycanın Prezidenti cənab ilham əliyev tərəfindən Bakı şəhəri və onun qəsəbələrinə olan diqqət və qayğının artması nəticəsində Xəzər rayonunda da, o cümlədən Mərdəkan qəsəbəsində aparılan abadlıq, yenidənqurma, yaşıllaşdırma işləri qəsəbənin simasının günü-gündən gözəlləşməsinə, müasirləşməsinə səbəb olmaqdadır.
Mərdəkan bələdiyyəsi ölkə Prezidenti cənab ilham əliyevin Fərman və Sərəncamlarına, Azərbaycan Respublikası Konstitusiyasına, yerli özünüidarəetməyə dair qanunlara, Azərbaycan Respublikası ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinin tövsiyələrinə uyğun olaraq fəaliyyət göstərir.
Artıq 4-cü dəfə keçirilmiş bələdiyyə seçkilərindən üç il yarım vaxt ötmüşdür. Ötən müddət ərzində Mərdəkan bələdiyyəsi tərəfindən sakinlərin problemləri öyrənilmiş, imkan daxilində bu qayğılar təmin edilmişdir.
Hal-hazırda ölkənin hər yerində 2018-ci ilin yarım ilinin yekunları müzakirə olunur, qarşıda duran vəzifələr müəyyən edilir.
Yarım il ərzində Mərdəkan bələdiyyəsinin 7 iclası keçirilmişdir. Keçirilmiş bələdiyyə iclaslarında bələdiyyə icra aparatının, daimi komissiyaların iş planları, ştat cədvəli təsdiqlənmişdir. Daimi Komissiyalar tərəfindən bələdiyyə iclaslarının müzakirəsinə bir sıra məsələlər çıxarılmış, hüquqi aktların qəbul olunması üçün rəy və təkliflər hazırlanmışdır. Bələdiyyə tərəfindən qəbul edilmiş müvafiq aktlar qanunauyğun olaraq, nəzarət qaydasında baxılması üçün ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinə göndərilmişdir. iş Mərkəzi tərəfindən isə bələdiyyələrə metodiki tövsiyələr hazırlanıb göndərilmiş və həmin tövsiyələri də biz öz fəaliyyətimizdə hər zaman nəzərə alırıq.
Ötən dövr ərzində Mərdəkan bələdiyyəsinə vətəndaşlardan müxtəlif məsələlərə dair 41 ərizə, təşkilatlardan isə, 83 məktub daxil olmuşdur.Müxtəlif məsələlərlə bağlı rəhbərlik tərəfindən 147 vətəndaş qəbul edilmişdir. ”Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, daxil olan məktub, ərizə və şikayətlərin hər birinə vaxtında baxılmış, nəticəsi barədə onlara məlumat verilmişdir.
Mərdəkan bələdiyyəsi tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada yerli vergi ödəyicilərindən büdcənin gəlirləri 2018-ci ilin 6 ayı ərzində 84277 manat təşkil etmişdir.
O cümlədən:
- fiziki şəxslərdən torpaq vergisi – 10392 manat;
- fiziki şəxslərdən əmlak vergisi – 57908 manat;
- məişət tullantılarının daşınmasından - 840 manat;
- torpaq icarə haqqı – 2137 manat;
- Dövlət tərəfindən verilən dotasiya – 13000 manat.
2018-ci ilin 6 ayı ərzində xərclər isə - 79067 manat təşkil etmişdir.
O cümlədən:
- bələdiyyə işçilərinin əmək haqqının ödənilməsinə - 26941 manat;
- bələdiyyə işçilərinin əmək haqlarından DSMF-yə ayırmalar - 6059 manat;
- vergi müfəttişlərinə ödəniş – 13096 manat;
- kommunal xidmətin ödənilməsinə - 1623 manat;
- bağlar massivində yaranmış qeyri-qanuni yaranmış tullantılarının yığılıb daşınmasına - 17200 manat;
- Milli Assosiasiyaya ödənişlər – 900 manat;
- Audit xidməti - 1000 manat;
- bank və poçt xidməti haqqı – 600 manat;
- mədəni tədbirlərə xərclər (Novruz bayramının keçirilməsinə) – 700 manat;
- maddi yardımlara – 9863 manat;
- digər xərclərə (kompüter təmiri, telefon abunə xidməti) - 1709 manat;
- avadanlığın alınmasına – 576 manat.
“20 Yanvar faciəsi”nin 28-ci ildönümü ilə əlaqədar, 4 faciə əlilinə, “Xocalı faciəsi”nin 26-ci ildönümü ilə əlaqədar, isə 2 şəhid ailəsinə ərzaq yardımı ilə köməklik göstərilmişdir. Həmçinin “Xocalı faciəsi” ilə əlaqədar qəsəbədəki 181 nömrəli tam orta məktəbin şagirdləri arasında rəsm müsabiqəsi keçirilmiş və qaliblər “Diplom”la mükafatlandırılmışlar.
Milli Novruz bayramı münasibətilə Xəzər rayonunun Mərdəkan qəsəbəsində keçirilən ümumrayon bayram tədbirində bayram süfrəsi təşkil olunmuşdur.
Çernobıl faciəsinin 32-ci ildönümü ilə əlaqədar 9 nəfər əlilə ərzaq sovqatı verilmişdir.
Böyük ictimai Xadim, Akademik Zərifə xanım əliyevanın anadan olmasının 95-ci ildönümü münasibətilə, qəsəbədəki 183 nömrəli tam orta məktəbin şagirdləri arasında “Ana” mövzusuna həsr olunmuş şer müsabiqəsi keçirilmiş, qaliblərə “Diplom” təqdim olunmuşdur.
Ulu Öndər Heydər əliyevin anadan olmasının 95 illiyi münasibətilə, “Fəxri Xiyaban”dakı və qəsəbədə yerləşən Heydər əliyev parkındakı abidəsi önünə qızılgüllər düzülmüşdür.Həmçinin, bu münasibətlə qəsəbədəki 181 nömrəli tam orta məktəbin şagirdləri arasında “Heydər əliyev və Azərbaycan” mövzusunda inşa yazı müsabiqəsi keçirilmiş və qaliblər “Diplom” la mükafatlandırılmışlar.
Alman – Faşizm üzərində Qələbənin 73-ci ildönümü ilə əlaqədar, 2 müharibə veteranının hər birinə evlərində ərzaq sovqatı ilə köməklik göstərilmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə, qəsəbədəki H.Z.Tağıyev adına 123 nömrəli tam orta məktəbin şagirdləri arasında “Vətən” mövzusuna həsr olunmuş şer müsabiqəsi keçirilmiş və qaliblər “Diplom” la təltif olunmuşlar.
Aprel döyüşlərində şəhid olmuş qəsəbə sakini şirəliyev Kamran Faiq oğlunun valideyni şirəliyeva Elvira Bafadar qızına imkansızlığını, xəstəliyini nəzərə alaraq, 1 (bir) il müddətinə ( 01.01.2018- 01.01.2019) hər ay olmaqla, 100 (bir yüz) manat məbləğində pul vəsaiti ilə maddi köməklik göstərilir.
Qəsəbə sakini Muradova Firəngiz Hüseyn qızının imkansızlığını, xəstəliyini, öhdəsində 1-ci qrup əlil övladının da olmasını nəzərə alaraq, hər ay ərzaq yardımı ilə təmin edilməsi məqsədilə, bir il müddətinə (01.06.2017-01.06.2018-ci il) bələdiyyənin himayəsinə götürülmüşdür.
Bələdiyyə tərəfindən qəsəbədə yerləşən “Heydər” məscidinə çoxsaylı sakinlərin, ağsaqqalların müraciətləri nəzərə alınaraq, imkansız, kasıb ailələrin yaxınlarının yas mərasimlərinin keçirilməsi ilə əlaqədar, istifadə olunan qaz, işıq sərfiyyatına və xırda təsərrüfat mallarının alınmasına 1 il (01.01.2018-01.01.2019) müddətinə hər ay bələdiyyə büdcəsinin maliyyə vəsaiti daxilində 100 (bir yüz) manat pul vəsaiti ilə köməklik göstərilir.
С.ЙеÑенин кцчÑÑиндÑн «Ð”альа Ðрена» iдман MÑркÑÐ·Ð¸Ð½Ñ qədər олан Ñразиdə, H.Z.Tağıyev, М.ЩцÑейнов, B.əliyev кцчÑlərində və bаьлар маsÑÐ¸Ð²Ð¸Ð½Ð´Ñ yaranmış qeyri-qanuni zibilxanalardan туллантылар йыьыşdırılıb daşınmışdır.
Mərdəkan qəsəbəsinin aztəminatlı, imkansız ailələrinə maddi yardımlar edilmiş və bu kateqoriyadan olan insanların yaxınlarının yas mərasimlərinin keçirilməsinə köməklik göstərilmişdir.
Bundan sonra da fəaliyyətimizi ölkə Prezidenti cənab ilham əliyevin Sərəncam və Fərmanlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində quracağıq.
Yerli (bələdiyyə) vergilər və ödənişlərin ödəyicilərinin qeydiyyatının aparılması, vergilər və ödənişlər üzrə borcların alınması işini gücləndirmək məqsədilə, Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyası tərəfindən yaradılan “Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistem”indən yararlanacağıq.