"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Altı bələdiyyə sədri təkrar inzibati məsuliyyətə cəlb olunub

--2017-02-16 / 17:04

Belediyye.infoya daxil olan məlumata görə,  “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində nəzərdə tutulmuş bələdiyyə aktlarını təqdim etmədiklərinə görə inzibati Xətalar Məcəlləsinə əsasən inzibati xəta haqqında 156 protokol tərtib edilərək müvafiq məhkəmələrə göndərilmişdir.  Bu fikirlər bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən ədliyyə Nazirliyinin illik məruzəsində qeyd edilib.

Məruzədə qeyd edilir ki,  həmin protokollar əsasında 132 bələdiyyə sədri məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb edilib.

Təkrar pozuntulara yol verildiyinə görə, 6 bələdiyyə sədri yenidən inzibati məsuliyyətə cəlb olunub. Bu sırada Salyan rayon Sarvan bələdiyyəsi, Bərdə rayon Bəcirəvan bələdiyyəsi, Ağcabədi rayon Kəbirli bələdiyyəsi, şəmkir rayon Qaracəmilli  bələdiyyəsi, Gədəbəy rayon Miskinli bələdiyyəsi, Tovuz rayon Hunanlar bələdiyyəsinin adları çəkilir.

Məruzədə sonda qeyd edilir ki,  1 mart 2016-cı il tarixdə qüvvəyə minmiş inzibati Xətalar Məcəlləsində mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana vaxtında təqdim edilməməsinə görə cərimənin artırılması və həyata keçirilmiş maarifçilik tədbirləri inzibati hüquq pozuntularının azalmasına əhəmiyyətli təsir etmişdir.  Bu, özünü təkrar inzibati xətaların sayının xeyli dərəcədə azalmasında da göstərir.

Belediyye.info

ŞƏRHLƏR