"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Altı rayon bələdiyyəsinin büdcə gəlirlərində ciddi geriləmə var

--2018-05-22 / 18:22

Ağdam, Ağcabədi, Saatlı, Göyçay, Daşkəsən və    Qobustan rayonlarında formalaşan bələdiyyələrin büdcə gəlirlərində 2016-cı illə müqayisədə ciddi şəkildə geriləmə var. Bu fikir Dövlət Statistika Komitəsinin yaydığı məlumatda qeyd edilir.

Məlumatda bildirilir ki, 2016-cı illə müqayisədə Göyçayın 26 bələdiyyəsi 87.7 faiz, Daşkəsənin 19 bələdiyyəsi 85.7 faiz, Saatlının 36 bələdiyyəsi 92.5 faiz, Qobustanın 16 bələdiyyəsi 84.6 faiz, Ağdamın 14 bələdiyyəsi 87.2 faiz və Ağcabədinın 41 bələdiyyəsi 89.9 faiz büdcə gəliri əldə edə bilib.

Altı rayonun 152 bələdiyyəsinin il ərzində qazancı cəmi 816.400 manat olub.

Belediyye.info

ŞƏRHLƏR