Bosniya Herseqovinanın Visoko şəhərində Altındağ Bələdiyyəsi tərəfindən inşa edilən Mədəniyyət Mərkəzinin açılış mərasimi təşkil edilib. Bu barədə məlumatı Türk Dünyası Bələdiyyələr Birliyi yayıb. Açılış mərasiminə Altındağ Bələdiyyə Başçısı Veysel Tiryaki, Visoko Bələdiyyə Başçısı Amra Babic və Türkiyənin Sarayevo səfiri Cihad Erginay və digər ictimai təşkilatlarının nümayəndələri qatılıblar.
Mərasimdə çıxış edən Altındağ Bələdiyyə Başçısı Dr. Veysel Tiryaki "Bosniya-Herseqovinanın Visoko şəhəriylə qardaş şəhər” protokolu imzaladıqlarını və əməkdaşlıq halında çox sayda layihəyə imza atdıqlarını xatırladaraq, prezident Rəcəb Tayyib ərdoğanın tövsiyyəsiylə Visokoya böyük bir mədəniyyət mərkəzi hədiyyə etdiklərini, bu mədəniyyət mərkəzinin Altındağ və Visoko arasında əhəmiyyətli bir körpü vəzifəsi görəcəyini bildirib.
Visoko Bələdiyyə Başçısı Amra Babic də çıxışında mədəniyyət mərkəzinin şəhər üçün çox əhəmiyyətli olduğunu dilə gətirərək, "Bu mərkəz çox funksiyalı bir binadır və çox müxtəlif variantlar təqdim edir. içərisində kitabxana, muzey, konqres mərkəzi var. Bu gün belə bir təsisi Visoko'da açmaqdan son dərəcə xoşbəxtəm " bildirib.
Qeyd edək ki, Visokonun ən gözəl yerinə inşa edilən 3 mərtəbəli obyektin, 500 nəfərlik konfrans salonu, 2 kinoteatr, 5 təhsil sinifi və sərgi salonları ilə kitabxana və muzey var. Altındağ Visoko Mədəniyyət Mərkəzinin bir mərtəbəsində tamamilə döyüş muzeyi olaraq təşkil edilib. Visoko şəhidlərinin şəkillərinin iştirak etdiyi muzeydə, döyüşdə istifadə vasitə vəsaitlər, səhiyyə vəsaitləri və güllə qalıqları sərgilənəcək.
Belediyye.info
|
|
|
|
|
|