Avropa şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 33-cü Sessiyası zamanı (17-20 oktyabr 2017-ci il) "ispaniyanın Katalon bölgəsində vəziyyətə dair" müzakirələrdə Azərbaycan nümayəndə heyətinin rəhbəri, Naxçıvan MR Ali Məclisinin üzvü Anar ibrahimov çıxış edib.
Sosial şəbəkədə paylaşdığı statusda A.ibrahimov eyni hadisələrə dair fərqli yanaşmaları tənqid edib, bunun ikili standartların tətbiqi olduğunu söyləyib.
Çıxışında A.ibrahimov Avropanın bu tip hadisələrə dair vahid strategiyasının və universal yanaşmalara sahib olmasına çağırıb.
Çıxışın mətni təqdim edilir.
“Hörmətli xanım prezident,
“Zəif millətlərdən və dövlətlərdən ibarət olan Avropanın gələcəyi yoxdur. Həmrəylik Avropası bizim yanaşmamızdır ". Bu cümlələr Konqresin dünən açılış sessiyasında Sizin çıxışındandır . Mən tamamilə sizinlə razıyam. Lakin bu prinsiplər və ya yanaşmalar universal olmalıdır. Təəssüf ki, prinsiplərimizin tətbiqində biz ardıcıl deyilik və bunda bədnam ikili prinsiplərə var. Bəzi ölkələrdə (məsələn, Azərbaycanın işğal olunmuş Qarabağında) eyni tendensiyalara heç bir reaksiya yoxdur, lakin biz Kataloniyada və ya elə Brexit`ə münasibətdə analoji vəziyyətə tamamilə fərqli bir reaksiya görürük. Buna görə ikili standartları dayandırmalı və nəhayət, həmrəyliyimizi, sözlərlə deyil, əməldə də nümayiş etdirməyə çalışmalıyıq.
Son bir neçə həftə ərzində Kataloniyada və iraqın kürd muxtariyyətində birtərəfli qaydada statusun müəyyənləşdirmə cəhdlərinin şahidi olduq. Hər ikisi də uğursuz oldu. Bunun əsas səbəbi bu sahələrdə bütün tərəflərin maraqlarını tamamilə nəzərə alınmaması və yalnız dar regional maraqlarından çıxış etçəsi idi. Biz tez-tez eşitdik ki, iki əsas prinsip - ərazi bütövlüyü prinsipi və öz müqəddəratını təyin etmək hüququ bir-birinə ziddir. Bu tamamilə populist yanaşma. əslində, Avropa bu iki prinsipi birləşdirən bir çox uğurlu nümunələri bilir: - Bunlar Åland adaları, Cənubi Tirol və bir çox başqa nümunələrdir. Bölgələrə daha çox səlahiyyətlər, yerlərə daha çox fürsət və separatçılığa, xüsusilə zorakı separatizmə qarşı birmənalı mövqe, birtərəfli ayrılmanın (secession) nəticələrini qəbul etməmək elə bunun sadə bir formuludur. Hesab edirəm ki, Avropa şurası Konqresi bu istiqamətdə daha çox fəaliyyət göstərməli və artıq bu sahədə özünün strategiyasına sahib olmalıdır.
Diqqətinizə görə sağ olun.”
Belediyye.info