Səbail bələdiyyəsində 27 sentyabr – Anım Günü ilə əlaqədar Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
27 sentyabr – Anım Günü ilə əlaqədar Səbail bələdiyyəsinin sədri Hacı əliyev əməkdaşlar ilə birgə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.Mərasimdə Bibiheybət bələdiyyəsinin sədri Validə Həsənova da iştirak edib.
Azərbaycan Respublikası Prezidenti ilham əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.