"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Ankara Böyükşəhər Bələdiyyəsinin sədri istefa verib

--2017-10-28 / 13:40

Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Melih Gökçek vəzifəsindən istefa verib.

M.Gökçek hələ 5 gün əvvəl öz "Twitter” səhifəsində istefa verəcəyi barədə yazmışdı. O, oktyabrın 28-də Ankara Böyükşəhər Bələdiyyəsinin Məclisində (ABBM) istefasını elan edib.

M.Gökçek ABBM-dəki son çıxışında diqqətə çatdırıb ki, bundan sonrakı fəaliyyəti Prezident Rəcəb Tayyib ərdoğana və ədalət və inkişaf Partiyasına qarşı olmayacaq.

Xatırladaq ki, o, 1994-cü ildən bəri Ankara Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsində çalışırdı.

 Sabir şahtaxtı

AZəRTAC-ın xüsusi müxbiri

istanbul

https://azertag.az/xeber/1106848

ŞƏRHLƏR