"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Ankara şəhər bələdiyyəsinə yeni sədr seçilib

--2017-11-07 / 18:10

Türkiyənin paytaxtı Ankara şəhər bələdiyyəsinin yeni sədri məlum olub.

 APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, bu gün Ankara Böyükşəhər Bələdiyyə Məclisi yeni sədrini seçmək üçün toplanıb. Toplantıda hakimiyyətdəki ədalət və inkişaf Patiyası sədr vəzifəsinə Ankaranın Sincan rayon bələdiyyəsinin sədri Mustafa Tunanın namizədliyini irəli sürüb. M. Tuna ilk turda 104 səs toplayaraq Ankara Böyükşəhər Bələdiyyəsinin sədri seçilib.

 Xatırlasdaq ki, əvvəlki bələdiyyə başçısı Melih Gökçek prezident Rəcəb Tayyib ərdoğanın tələbi ilə istefaya gedib.

https://apa.az

ŞƏRHLƏR