Ankaranın Etimsgut bələdiyyəsi tərəfindən təşkil edilən 16-cı Beynəlxalq Anadolu Günləri Mədəniyyət və incəsənət Festivalında ölkəmizi şirvan şəhər bələdiyyəsi təmsil edib. Qeyd edək ki, festival kortej gəzintisi ilə başlayıb. Etimesgut Bələdiyyə Başçısı Enimes Demirel, bəzi Türk Cümhuriyyətlərinin və qeyri-hökumət təşkilatlarının nümayəndələri və vətəndaşlar əllərində Türk bayraqları olan yürüşə qatılmışlar. Yürüş zamanı mehteran komandası və əynilər müxtəlif şoular təqdim ediblər.
Bələdiyyə Başçısı Dəmirəl festivalın məqsədinin Türk millətinin birliyini, həmrəyliyini və qardaşlığını möhkəmləndirmək olduğunu və Türk coğrafiyasında Türk icmalarının mədəniyyətini və sənətini yaşatmaq istədiklərini bildirib.
Anadolunun müxtəlif şəhərlərindən və Türk dünyasından iştirakını təmin edəcək festivalın sonuncu günü Azərbaycan günləri keçirilib.
Tədbirdə şirvan bələdiyyəsinin sədri Kürdoğlu Muradov geniş məruzə ilə çıxış edib. Ölkəmizdə aparılan qurucluq işlərindən, keçirilən beynəlxalq miqyaslı tədbirlərdən danışan sədr bələdiyyələr tərəfindən bu cür geniş məzmunlu tədbirlərin keçirilməsinin ölkələr arası mədəni əlaqələrin daha da inkişaf etməsində mühüm əhəmiyyəti olduğunu bildirib.
On gün ərzində davam edən tədbirə qatılan nümayəndə heyətlərinin hər biri geniş təqdimatlar ediblər.
Qeyd edək ki, festival sentyabrın 1- 10 aralığında baş. tutmuşdur.
Belediyye.info
|
|
|
|
|
|
|
|