"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Aqil Abbas, Tahir Rzayev və Mənsum ibrahimov nümunəvi vergi ödəyiciləri sırasındadır-BADAMDAR BəLəDiYYəSi

--2017-08-22 / 19:01

Səbail rayon Badamdar bələdiyyəsinin Vergi Xidməti orqanı qəsəbə sakinlərinə müraciət ünvanlayıb. Belediyye.infoya daxil olan müraciətdə bildirilir ki, Badamdar qəsəbəsinin inzibati ərazi hüdudlarında torpaq sahəsi və əmlak sahibi və istifadəçisi olanlar qanunverciliklə müəyyən edilmiş qaydada əmlak və torpaq vergisi ödəməlidirlər.

Belə ki, Azərbaycan Respublikası Vergi məcəlləsinə əsasən fiziki şəxsin xüsusi mülkiyyətində və qanunla müəyyən edilmiş formada istifadəsində olan torpaq sahəsinin hər kvadratmetrinə görə 0,06 manat, tikinti sahəsinin isə 30 kvadratmetrdən artıq olan hissəsinin hər kvadratmetrinə görə   0,4 manat hesablanmış vergi məbləğini bələdiyyə büdcəsinə ödəməlidir.

Bu barədə tədiyə bildirişi hər il avqustun 1-dək mülkiyyətçi və istifadəçiyə çatdırılır. Və tədiyyə bildirişini almış şəxslər hesablanmış vergi məbləğini ya tam formada , ya da ki, bərabər hissələrə bölərək bələdiyyənin  bankda, poçt şöbəsində olan hesabına nəğd və ya nağdsiz ödəmə vasitələrində istifadə edərək    ödəməyə borcludurlar.

Vurğulamaq lazımdır ki, ərazidə mülk sahibləri olan şəxslər onlara hesablanmış və hesablanacaq vergilərin dəqiq olması üçün aidiyyatı sənədləri Bələdiyyə VXO-na vaxtında təqdim etməli və buna uyğun olaraq da tədiyə bildiriş almalıdır. Bu günə qədər ərazidə olan 7 minə yaxın yaşayş və torpaq sahəsi sahibinə tədiyə bildirişi gondərilib.

Uyğun olmayan hallardan biri də şəxslərin sənədlərini bələdiyyə VXO-na təqdim etməmələridir. Sənədləri yerli Vergi Xidməti orqanına vaxtında təqdim etməməyə görə isə Vergi Məcəlləsi ilə müəyyən edilmiş cərimə sanksiyası nəzərdə tutulmaqla yanaşı Yerli Vergi ödəyicisi olan şəxslərə qanunla tətbiq edilməli olan güzəştlərdən də bəhrələnə bilmirlər.

Hələlik bələdiyyə belə sanksiyaların tətbiqinə başlamamışdır.

Müraciətdə təəssüflə bildirlir ki, ərazidə yaşayan bir sıra məmurlar, Milli Məclis üzvləri, iş adamları və başqa şəxslər yerli vergiləri ödəmək niyyətində deyillər. Dəfələrlə poctla və vergi müfəttişlərinin ünvanlara çatdırdığı tədiyə bildirişlərinə biganə yanaşaraq yerli vergiləri ödəmirlər.

Düzdür etiraf edilməlidir ki, qəsəbə sakinləri olan Mlli Məclsin üzvləri  Aqil Abbas, Tahir Rzayev, “şöhrət” öprdenli xalq aristi Mənsum ibrahimov kimi vaxtında yerli vergiləri ödəyən nümunəvi şəxslər də var.

Bir çox məmur və tanınmış sima bələdiyyənin müraciətinə diqqət yetirmir. Bələdiyyənin Vergi Xidməti orqanı bələdiyyə iclanın qərarıyla gələcəkdə yerli vergiləri ödəməyən məmur və tanınmış simaların adlarını açıqlamağı və bələdiyyə vergilərini ödəmələri üçün Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən Məhkəməyə müraciət etməyi planlaşdırır.

Belediyye.info

ŞƏRHLƏR