"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

AQSiA SAHiBKAR GüNüNü QEYD ETDi

--2021-04-25 / 12:31

Aprelin 24-də Azərbaycanda Qadın Sahibkarlığının inkişafı Assosiasiyasının Sahibkar gününə həsr olunmuş konfransı keçirilib. Məlum pandemiyanın şərtlərinə uyğun düzənlənən tədbirdə az sayda sahibkar iştirak etsə də, Assosiasiyanın üzvləri və bölgələrdəki nümayəndələri vebinar vasitəsilə konfransa qatılıblar. AQSiA idarə Heyətinin sədri Səkinə Babayeva sahibkar gününün təsis edildiyi üçün dövlət başçısı Prezident ilham əliyevə minnətdarlığını bildirib. Assosiasiyanın rəhbəri dövlətin sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğılardan, uğur və perspektivlərdən bəhs edib. Daha sonrakı çıxışçılar AQSiA-nın beynəlxalq əməkdaşlığı ilə bağlı, 2020-ci ildə görülən işlərin hesabatı, Pandemiya və 44 günlük Vətən müharibəsi dönəmində həyata keçirilən layihələrlə, aksiyalarla bağlı tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Sonda AQSiA-nın inkişafında xidmətlərinə görə fərqlənən sahibkar xanımlara təşəkkür olaraq 2020-ci ilin simvolu olan Xarı Bülbül medalları təqdim olunub.

 Azərbaycanda Qadın Sahibkarlığının inkişafı Assosiasiyasının

ŞƏRHLƏR