Beşinci çağırış Milli Məclisdə komitə sədrləri də seçilib. Seçilənlər arasında Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin də adı var. Xatırladaq ki, A.Rəhimzadə artıq üçüncü dəfədir ki, bu komitənin sədri seçilir.
Bələdiyyə sisteminin fəaliyyətiylə bağlı qanunvericilik bazasının hazırlanmasında və təkmiləşdirilməsində məhz adıçəkilən komitənin xüsusi xidməti vardır.
Belediyye.info olaraq Arif Rəhimzadəyə və komitənin yeni üzvlərinə uğurlar arzulayırıq.
Modern.az xəbər verir ki, səsvermə nəticəsində komitə sədrləri aşağıdakı deputatlar olub:
1. Hüquq siyasəti və dövlət quruculuğu komitəsi - əli Hüseynli;
2. Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi - Ziyafət əsgərov;
3. Elm və təhsil komitəsi - isa Həbibbəyli;
4. Mədəniyyət komitəsi - Rafael Hüseynov;
5. insan hüquqları komitəsi - Bahar Muradova;
6. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi - Səməd Seyidov;
7. əmək və sosial siyasət komitəsi - Hadı Rəcəbli;
8. Səhiyyə komitəsi - əhliman əmiraslanov;
9. Gənclər və idman komitəsi - Fuad Muradov;
10. Ailə qadın və uşaq məsələləri üzrə komitəsi - Aqiyə Naxçıvanlı;
11. ictimai birliklər və dini qurumlar komitəsi - Siyavuş Novruzov;
12. Aqrar siyasət komitəsi - Eldar ibrahimov;
13. Regional məsələlər komitəsi - Arif Rəhimzadə;
14. iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi - Ziyad Səmədzadə;
15. Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi - Valeh ələsgərov.
Belediyye.info