Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə komitənin ilk iclasında maraqlı təkliflə çıxış edib. Komitə sədrinin sözlərinə görə, bələdiyyələrin maliyyə çətinliyini aradan qaldırmaq, onların fəaliyyətini canlandırmaq üçün komitə növbəti beş ildə daha ciddi işləməlidir: “Biz qanunvericlik fəaliyyətimizlə bələdiyyələrə tutarlı kömək etməliyik.”
Komitə sədri bu məqsədlə bir sıra təklifdə irəli sürüb: “ Mövsümü icarəylə bağlı bəzi nazirliklər problemlər yaratsa da, biz bu işdə aktiv olmalı və bu dəyişikliyin qəbuluna nail olmalıyıq.
Məsələn, mənim seçildiyim Neftşala ərazisində şamaxıdan olan təsərrüfatçı, əgər dörd ay ərzində bostan əkmək istəyirsə, gərək bir il sənədləşdirmə işlərini həyata keçirsin. Nəticədə nə bostan əkilir, nə də bələdiyyəyə vəsait daxil olur.
ikinci məqam, kənd yerlərində nəğdsiz ödənişlə bağlı ciddi problem var. Heç kim öz xoşuna yerli vergiləri ödəmək istəmir. Bunun həlli üçün tutalım, kənd sakini kredit götürmək istədikdə, ona dövlət tərəfindən hər hansı dotasya və subsidiya verildiyi halda və ya digər hallarda bir şərt kimi bələdiyyədən borcun olmaması haqqında arayışın alınmasını qoymaq daha düzgün addım olardı. Bunu həmdə alqı-satqı əməliyyatları zamanı da tətbiq etmək olar. istər kənd, istərsədə şəhər yerlərində kifayət qədər borcu olanlar alqı- satqı əməliyyatı edir, ancaq bələdiyyənin bundan xəbəri olmur.”
Belediyye.info