Xəbər verdiyimiz kimi, Abşeron rayon Aşağı Güzdək bələdiyyəsində çalışmış bir qrup bələdiyyə işçisi bələdiyyədən əməkhaqqlarını və son haqq-hesablarını ala bilmədiklərindən şikayətlidirlər.
Bu məqsədlə bələdiyyə işçiləri həm Azərbaycan Həmkarlar ittifaqları Konfederasiyasına, həm Dövlət əmək Müfəttişliyinə həm də media orqanlarına şikayət məktubu ünvanlayıblar.
(ətraflı: http://belediyye.info/new/details/iscileri-asagi-guzdek-belediyyesinden-sikayetlidir--1202.htm)
Xatırladaq ki, Abşeron rayon Aşağı Güzdək bələdiyyəsinin 27.525 manat əməkhaqqı borcu yaranıb. Belediyye.infoya daxil olan məlumatı bələdiyyənin hüquqşünası Vüqar Rəfiyev də təsdiqləyib. Bələdiyyə rəsmisinin sözlərinə görə, hazırda bələdiyyə sədri keçmiş sədrə qarşı yaranmış əməkhaqqı borcunun ödəniməsiylə bağlı məhkəməyə müraciət edib. (ətraflı: http://belediyye.info/new/details/belediyye-sedri-kecmis-sedri-mehkemeye-verib-abseronda--1238.htm
Qeyd edək ki, bələdiyyənin əvvəlki sədri Bəyağa Abbasov ötən ilin noyabrında istefa ərizəsi yazaraq sədr kreslosunu tərk edib. istefadan sonra bələdiyyənin sədr müavini işləyən Mahizər şirəliyeva sədr əvəzi seçilib.
Azərbaycan Bələdiyyə işçiləri Həmkarlar ittifaqının hüquq müfəttişi Məhəmməd Kərimovun Belediyye.infoya açıqlamasında bildirilir ki, ittifaq bu məsələdən xəbərdardır və onun qanunvericilik qaydasında həlli üçün müyyən addımlar atır.
ittifaq rəsmisinin sözlərinə görə, bələdiyyə büdcəsinə daxil olan vəsaitlərin yönəldilməsində keçmiş bələdiyyə sədrinin yol verdiyi qanun pozuntularının məhkəmə qaydasında araşdırılmasının, yeni seçilmiş bələdiyyə sədrinin fəaliyyəti dövründə işdən azad edilən işçilərin əmək haqqlarının və son haqq-hesablarının verilməməsiylə heç bir əlaqəsi yoxdur. Onlar işdən yeni sədrin əmriylə azad olunublar. Demək yeni sədrin rəhbərlik etdiyi təşkilat tərəfindən də onların əmək haqqı və son haqq-hesabları verilməlidir. Bunun üçün işəgötürən maddi məsuliyyət daşıyır və işçi müvafiq qaydada məhkəməyə müraciət etməklə hər gecikdirilmiş gün üçün ümumi əməkhaqqının və ya son haqq-hesabın azı bir faizı məbləğində ödəniş verilməsini işəgötürəndən tələb edə bilər.
Belə ki, əmək Məcəlləsinin müvafiq maddələrində təsbit edilib ki, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
əks halda “inzibati Xətalar Məcəlləsi”nin 192.4-cü maddəsində işçinin əmək və məzuniyyət haqqlarının hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək miqdarında cərimə edilirlər.
Belediyye.info